reklam
Ürək işarəsi Ürək işarəsi http://take.az/uploads/posts/2017-07/1501311985_original.jpg
Ulya

Ulya Maraqlı 29-07-2017, 12:56

Ürək işarəsi

Ürək işarəsi
Ürək işarəsi


Dünyanın hər yerində, məktəbdə, partalarda, divarlarda, ağaclarda, qumda və mümkün olan bütün yerlərdə ürək şəkilləri çəkilir. Demək olar ki, hamısının da içinə ürəyi yarıb keçən bir ox şəkli də qeyd edilir. Əslində insanlar 12 min ildir ki, hər tərəfə ürək şəkli çəkir.

Bəs görəsən bu ürək şəklinin tarixi haralara gedib dayanır? Axı əslində ürəyimiz bu şəkildə deyil.

Bu şəklə ilk dəfə Şimali Fransada mağara divarlarında rast gəlinib. Həmin dövrlərdə bu işarə “ən təmiz hissləri” ifadə edirdi. Zənnimcə, bu, elə indi də belədir.

Bəs dünyanın hər tərəfində, hər bir xalqın işlətdiyi bu ürək işarəsi necə yaranıb?Bu işarə niyə eşqin simvolu olub? Bu işarə bugünkü simmetrik halına tam olaraq necə düşüb?


Tarix və fəlsəfə üzrə prof. dr. Təyyar Sarıoğlunun apardığı tədqiqatlara əsasən, ürək şəkli hər dövrdə və dünyanın hər yerində eşqin simvolu olub. Onun tədqiqatları zamanı müəyyən edilib ki, eşqini divarlara cızan ilk romatiklər Fransanın şimalında yaşayan Kro-Maqnonlar olub. Son buz dövründən əvvəl (e.ə 10000-8000) yaşamış və ovçuluqla məşğul olan mağara adamları ürəyin yaşam və canlı qalmaq üçn ən önəmli orqan olduğunu kəşf ediblər. Kro-Maqnonlardan qalan mağara şəkillərində bu gün çox çəkilən ürək fiquruna bənzəyən şəkillər var.

Bu fiqurla əlaqəli məlumatlardan biri də e.ə 700-cü ildə Cənubi Afrikada qurulan Kirena dövlətinə aiddir. Kirena bu gün Liviyanın tərkibindədir. Həmin dövrdə Silphium bitkisi orada çox yetişirdi və bu bitkinin sayəsində də dövlət ticarətin mərkəzinə çevrilmişdi.

Bu bitkinin belə geniş yayılmasında səbəb afrodizyak təsirinin olmasında idi. Qadınlar isə bu bitkidən hamiləlik əleyhinə istifadə edirdilər.

Bu bitki o qədər dəyərli idi ki, Kirenanın pullarının üzərində bu bitkinin şəkli həkk edilmişdi.


Qədim Misirdə (e.ə 2500-1000) qəlb ruhun və vicdanın mərkəzi kimi qəbul edilirdi. İnsan öldükdən sonra bütün orqanlarını bədəndən çıxarmalarına baxmayaraq, ürəyə toxunmurdular. Çünki onlar belə düşünürdülər ki, ölümdən sonra ürək ədalət tansırı olan Maata hesabat verirdi.

Qədim yunanlar (e.ə 700-200) ruhun qəlbdə yerləşdiyinə inanırdılar. Ürəyin qan dövranındakı rolunu bilən Aristokrat və Hippokrat onun eyni zamanda hisslərin və düşüncələrin də mərkəzi olduğuna inanırdılar.

Yunanlarda şərab və zövq tanrısı olan Dionisin başındakı yarpaqlardan olan çələngdə də ürək şəkli təsvir edilmişdi. Onlar düşünürdülər ki, ürək zövqlə xoşbəxtlik arasındakı münasibətləri aşkara çıxarır.


Bizim bu gün bildiyimiz simmetrik ürək şəkli isə orta dövrlərdə məşhurlaşmağa başlayıb. 13-cü yüzillikdə qadınların inam və etiqadını qazanmış isveç kralı Maqnuz Ladulas öz qoluna ürək şəklini döymə şəklində çəkdirmişdi.

1400-cü ilə aid edilən “Qəlbin təqdimi” adlı fransız divar xalçasında da kişilərin aşiq olduqları qadınlara ürəklərini vermələri kimi bir səhnə təsvir edilib. Yenə də eyni dövrdə istifadə edilən fal kartlarında da ürək şəkli olan kart yüksək dəyərə sahib olub.

Beləliklə də simmetrik ürək işarəsi bizim dövrümüzə qədər gəlib çıxıb.


Redakte etdi - Mira

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 528 542 496 501 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.