reklam
Bitir hər Şeyi Bitir hər Şeyi https://take.az/uploads/posts/2017-02/1488113130_bitir-her-sheyi.jpg
amon

amon Sevgi 8-06-2020, 00:26

Bitir hər Şeyi

Bitir hər Şeyi
Deyirsən səni istəmirəm artıq... Getmək istəyirsən.. Mən də bütün qızlar kimi sənə "Məni istəməyəni mən dünəndən istəmirəm" deməyimi istəyirsən. Amma deyə bilmirəm. Görünür o qızlar qədər güclü deyiləm ki, yalandan olsa belə bu sözləri dilimə gətirə bilim.
Deyirsən səni istəmirəm artıq... Amma mən səni istəyirəm, bu istəyim sənin üçün artıq heç bir əhəmiyyət kəsb eləməsə belə səni hələ də istəyirəm, məni həyatından çıxarmaq istəsən belə mən yenə səni istiyirəm. Çox aciz görünürəm kənardan, bilirəm. Bəlkə də bu halıma kənardan baxıb xısın-xısın gülürsən.
Deyirsən səni istəmirəm artıq... Məni istəmədiyin halda səni yanımda məcbur saxlaycaq da güc yoxdu məndə, bilirsən bunu? Məni itirməyi gözə almısan sən, necə məcbur saxlayım səni yanında?

Deyirsən səni istəmirəm artıq... Qalmağınçün bəhanələrmi, variantlarmı tapım? Getsən, özümü öldürəcəmmi deyim? Ya da sən gedən kimi 1 qutu dərmanla həyatıma son verəcəyimimi deyim? Qorxudummu səni ölümümlə? Yoxsa ayaqlarınamı qapanım? Getməməyinçün yalvarımmı?
Deyirsən səni istəmirəm artıq... .İstəmə.. Amma bunu da bil ki, səni məcbur yanımda saxlamağa heç bir haqqım yoxdur, bəlkə də şansım da. Gedişinlə şansımı da aparacaqsan..

Bitir hər şeyi!!Sənin üçün hər şey o qədər asandır ki!!! Bitir hər şeyi!!
Yaşa mənsiz. Sən mıənsiz yaşaya bilərsən və yaşayacaqsan. Güclüsən, əyilməz qürurun var. O qədər güclüsən ki, yaşananları bir anda silmək sənə çətin olmayaq. Axı sən mən deyilsən ki, hər gün ağlayasan, hər gün əzab çəkəsən və hər gün bir addım daha ölümə yaxın olasan. Çünki sən, Sənsən! Mən deyilsən! Mənim deyilsən!Mnəi itirsən belə sərf özünə inad, ağrını, acını özünə yaxın buraxmayan birisən!
Məni fikirləşmədən bitir hər şeyi! Bir çöküntü kimi qalmayım həyatında.

Son olaraq bir ricam var səndən. Bu qapıdan çıxan kimi ilk qarşına çıxan bir xanıma aşiq ol. Eyvandan baxarkən göstər mənə, nə qədər dəyərsiz olduğumu. Hər gün bax elə bu həyətdə görüş onunla, qoxla, öp, mənə dediyin sözləri de ona.. De ki, içimdə səni öldürə bilim! De ki, səni sevdiyimi sənə baxa baxa sənin gözünün qabağında unuda bilim!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 407 421 397 452 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.