Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Zamiq: "Həmişə deyirəm ki, bəsdir..."

  • Müəllif  Asef

 

Tanınmış müğənni Zamiq Hüseynov, onun ifa etdiyi "Həyat çətindir" mahnısının plagiat olması barədə mülahizələrə aydınlıq gətirib. Take.Az xəbər verir ki, show.az-a açıqlamasında Zamiq bunları deyib:

"Mənə elə gəlir ki, bu mahnı plagiat deyil. Musiqinin bəstəsi və sözləri Murada aiddir. Murad da çox istedadlı uşaqdır. Ümumiyyətlə, bütün dünyada musiqilər hamısı notlardan ibarətdir və bir-birinə oxşamalıdır. Amma mən qətiyyən demirəm ki, bu, plagiatdır. Bu, plagiat olsa idi, mən oxumazdım. Muradın ürəyindən gələn mahnıdır və mən çox gözəl mahnıya görə Muradı alqışlayıram. Əla mahnıdır. Heç bir plagiatlıq yoxdur orada. Plagiatlıq varsa da, bu mahnını bizdən oğurlayıblar, Muraddan oğurlaya bilərlər".

Zamiq Hüseynov onu da bildirdi ki, onun adının və ifa etdiyi mahnının hallanması, Murad Quliyevin də cəlb olunduğu mübahisənin nəticəsidir. Onun sözlərinə görə, hansısa tərəf bu yolla Zamiq Hüseynovu münaqişəyə cəlb etməyə cəhd edir:

"Mən buna vərdiş etmişəm artıq. Mən həmişə deyirəm ki, bəsdir, bir-birimizin adını oğru qoyduq. Bəlkə, onlar bizdən oğurlayıblar? Bunu düşünün. Başqaları bizdən oğurlayır, biz isə bir-birimizə, mənə, Murada, digər özümüzünkülərə oğru, plagiat deyirik. Əsl oğruları tapmaq lazımdır. Özümüzə oğru deməyək".



Oxşar mövzular:
  • "Demişəm ki, özümü Murat Boza oxşatmıram, ondan nəsə götürmürəm"
  • Zamiq-Həyat çətindir (2014 mp3)
  • Ən zövqsüz müğənni odur [siyahı]
  • Yunanıstan "Avroviziya-2012" mahnısını Azərbaycandan oğurlayıb - VİDEO
  • Röya və Zamiq Ağdamın Quzanlı qəsəbə ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III