reklam
Nubia Red Magic 3 aprel ayından satışa buraxılacaq Nubia Red Magic 3 aprel ayından satışa buraxılacaq https://take.az/uploads/posts/2019-03/thumbs/1554047505loading.az_3839494905676.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 31-03-2019, 19:51

Nubia Red Magic 3 aprel ayından satışa buraxılacaq

Nubia Red Magic 3 aprel ayından satışa buraxılacaq
Nubia CEO-su Ni Fei aprel ayında tətbiq olunacaq yeni oyun telefonu Red Magic 3 haqqında məlumat verdi.

Xiaomi-nin oyun telefonu Black Shark 2 -ə sağlam bir rəqib gəlir. Belə ki, Nubia aprel ayında Red Magic 3 adlı oyun telefonu təqdim etməyə hazırlaşır.

Nubia CEO-su Ni Fei-yə görə, telefonun soyutma sistemi ön plana çıxacaq. Telefon maye soyutmalı, hava soyutmalı və turbofan komponentlərini birləşdirən hibrid bir soyutma sistemi ilə təqdim olunacaq.

Telefon, etdiyi əməliyyatın sıxlığına və telefonun anlıq istiliyinə görə fanın iş sürətini dəyişdirərək istiləşmə problemini minimuma endirməyə çalışacaq. Bu bir oyun telefonu olduğu üçün telefonun 12 GB RAM və Snapdragon 855 kimi sektorun ən yaxşı prosessorlarından biriylə gələcəyi düşünülür. Telefon 4B titrəmə sistemi ilə oyun zamanı xəbərdarlıqlara toxunmaq üçün daha yaxşı cavab verəcəkdir. Batareyanın gücü ən azı 5000 mAh olacaqdır.

ZTE-nin ilk alt markası olan Nubia, Red Magic 3-ün bir çox oyun kompüterindən daha yüksək yenileme nisbətinə sahib olacağı da bildirilib. Bu da telefonun 120 Hz yeniləmə sürəti ilə gələ biləcəyinə işarə edir.

Qeyd edək ki, şirkətin son oyun telefonu olan Red Magic Mars artıq Avropa bazarında böyük maraq görür. Red Magic Mars bir Snapdragon 845 prosessoruna, 10 GB RAM və 250 GB daxili yaddaşa malikdir. Telefon 3800 mAh batareya və 6 düymlük Full HD + ekranla istifadəçilərin öhtəsindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 265 275 255 256 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.