reklam
Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Deserti Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Deserti https://take.az/uploads/posts/2022-06/medium/1655869883_sc999kc999rsiz-unsuz-bismc999yc999n-moruqlu-sc999bc999t-deserti-768x432.jpg
n2006

n2006 Mətbəx 22-06-2022, 10:00

Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Deserti

Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Deserti
Sağlam qidalananlar üçün çox asan və ləziz desert. LoaDinG.Az şəkərsiz,unsuz bişməyən dadlı moruqlu səbətlərin reseptini təqdim edir.

Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Desertinin tərkibi:
50 qr yulaf yarması
100 qr qovrulmuş fındıq ləpəsi
120 qr xurma
1 xörək qaşığı su
7 qr jelatin
300 qr moruq
Şəkərsiz, Unsuz Bişməyən Moruqlu Səbət Desertinin hazırlanma qaydası:
Quru tavada yulaf yarmasını 3-4 dəqiqə orta odda yüngül qovurun. Blenderin qabına fındıq ləpəsi və yulaf yarmasını töküb xırdalayın. Üzərinə tumu çıxarılmş xurmanı da əlavə edib xırdalayın. Üzərinə 1 xörək qaşığı su da əlavə edib əlinizlə yaxşıca qarışdırın. Başqa bir qabda jelatinin üzərinə su töküb qarışdırın və kənara qoyun. Moruqları əl blenderiylə püre halına gətirin. Bir qazana moruq püresini və jelatini töküb ocağa qoyun. Qaynamağa başladıqda ocaqdan götürün. Fındıqlı kütləni silikon keks qəliblərinə əlinizlə basaraq yayın. Moruqlu içliyi də qəliblərə bölüşdürüb hamarlaşdırın. 1 saatlıq soyuducuya yerləşdirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
137 156 146 180 168 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.