reklam
Çox zərif alma piroqu Çox zərif alma piroqu https://take.az/uploads/posts/2023-02/1675584899_alma-piroq-zerif1.jpg
n2006

n2006 Mətbəx 6-02-2023, 18:00

Çox zərif alma piroqu

Çox zərif alma piroqu
Alma piroqlarının reseptləri olduqca çoxdur. Lakin bu piroq xüsusilə zərif və yüngül alınır.

Lazım olan məhsullar:


Xəmir üçün:

- Alma - 3-4 dənə (orta ölçüdə)

- Un - 1,5 stəkan

- Xama - 1/2 stəkan

- Kərə yağı - 150 qr

- Qabartma tozu - 1,5 qaşıq

Krem üçün:

- Xama - 1 stəkan

- Yumurta - 1 dənə

- Şəkər tozu - 1 stəkan

- Vanil - 1 çay qaşığı

- Un - 2 xörək qaşığı

Hazırlanması:

1. Unu ələyin və qabartma tozu ilə qarışdırın.

2. Yağı əridin və xama ilə yaxşı qarışdırın. Un əlavə edin və xəmir yoğurun. Xəmir yumşaq və yüngül alınmalıdır.

3. Formaya perqament kağızı sərin. Xəmiri formaya qoyun, kənarları qaldırın.

4. Almaları yuyun və nazik-nazik dilimlərə doğrayın.

5. Alma dilimlərini formaya düzün.

6. Xama, şəkər, vanil mikserlə yaxşı qarışdırılır. Yumurta ayrı qabda çalınır, xamalı-şəkərli kütlyə əlavə olunur və yenə qarışdırılır.

7. Kütləni qarışdıra-qarışdıra hissə-hissə un əlavə edin. Kütləni yaxşı qarışdırın.

8. Xamalı-şəkərli kütləni almanın üzərinə tökün.

9. Sobanı qabaqcadan 180 C kimi qızdırın və piroqu təxminən 50 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 211 222 214 246 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.