Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Oxumaga deyer

 

Oxumaga deyer

 

1. Fransada keçirilmiş Avropa Çempionatı zamanı 1500-dən çox adam saxlanılıb, onların 59-u mühakimə edilib, 64-ü isə ölkədən çıxarılıb.



2. Dünyada insanların yalnız 2%-i yaşıl gözlərə sahibdir.



3. 300 səhifəlik kitab oxuduğunuzda gözləriniz təxmini olaraq 1 km-lik məsafə qət etmiş hesab olunur.



4. Dünyanın ən böyük mağarası olan Han Son Doong Vyetnamda yerləşir və hündürlüyü 200 m-ə qədərdir. Hətta öz iqlimi, çayı, cəngəlliyi və buludları vardır.



5. 8 milyonluq əhalisi, 200 milyarddan çox dövlət büdcəsi olan İsveçrənin nazirlər kabineti 7 nəfər nazir və baş nazirdən ibarətdir.



6. İranlı rəssam Amin Abdinin əl işi:
Hiperrealizm termini 1973-cü ildə meydana çıxıb. Bu, müasir rəssamlığın cərəyanlarından biridir.Hiperrealistlər gördükləri obyekti foto dəqiqliyi ilə təsvir etməyi sevirlər. Hətta o qədər canlı şəkillər çəkirlər ki, bunun rəssam qələminin məhsulu və ya fotoşəkil olmasını ayırd etmək çətin olur.



7. İmam Əli (ə): Sizdən sonra gələnlər sizdən ibrət almadan siz özünüz sizdən əvvəl gedənlərdən ibrət alın.



8. Bred Pitin həyat yoldaşı Anjelina Joli haqqında dedikləri:
Həyat yoldaşım xəstə idi. Şəxsi həyatı, işi və uşaqların problemlərinə görə daima gərgin idi. 14 kilo arıqlayıb 40 kiloya düşdü. Çox sısqa idi və hər gün ağlayırdı. Xoşbəxt qadın deyildi. Davamlı başı ağrıyırdı, ürəyi ağrıyırdı və qabırğa arxasında sinirləri sızıldayırdı. Gecələri yata bilmir, ancaq səhərə yaxın yuxuya gedirdi. Bizim münasibətimiz bitmək üzrə idi, ayrılmağa hazırlaşırdıq. O, öz gözəlliyini də buraxmışdı, gözlərinin altı torbalanmışdı, üzünü ələ salırdı və özünə baxmırdı daha. Ona gələn bütün film təkliflərini rədd etdi. Artıq mən də ümidimi itirdim və tezliklə boşanacağımızı düşündüm.
Ancaq sonra bir qərara gəldim. Dünyanın ən gözəl qadınına sahib idim və onu həyata qaytarmaq mənim əlimdə idi. Onun yanında yatanda daim sarıldım. Çiçəklərlə bərabər duş almağa, öpməyə, daim əzizləməyə başladım. Tez-tez hədiyyələr alırdım, bütün müsahibələrimdə ancaq ondan danışırdım. Bir sözlə ancaq onun üçün yaşamağa başladım. Bütün hadisələrdə, məclislərdə onu irəli verirdim, dostlarımızın yanında ancaq onu tərifləyirdim. İnanmayacaqsız amma üzündə çiçəklər açmağa başladı, özünü yaxşı hiss etdi. Yenidən çəkisi normallaşdı, daha əsəbləşmirdi və mənə heç olmadığı qədər bağlanırdı. ... Və bu zaman bir şey anladım: Qadın, kişinin əksidir. Əgər kişi dəli kimi sevər, qayğı göstərərsə, qadın hiss olunar...



9. Həyatınızdan şikayət etmək yerinə bir az da düşünün;sizin həyat tərzinizi xəyal belə etməyənlərin nə qədər çox olduğunu...



10. Həzrət Əli buyurub: Zənginlik və rifaha görə fərəhlənmə
Fəqirlik və bəlaya görə də üzülmə
Çünki qızıl odla, mömin isə bəla ilə sınanar. (Ğürərul-hikəm)



Oxşar mövzular:
  • Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
  • Statuslar
  • Son Uçuş
  • Gelin qaynana
  • Kişinin güclü olması üçün pul gərəkdirmi?


  • Gerİ dön


    1 şərh

    • Nazile
    • 6 sentyabr 2016 14:12
    •  

    • 7. İmam Əli (ə): Sizdən sonra gələnlər sizdən ibrət almadan siz özünüz sizdən əvvəl gedənlərdən ibrət alın.

      10. Həzrət Əli buyurub: Zənginlik və rifaha görə fərəhlənmə
      Fəqirlik və bəlaya görə də üzülmə
      Çünki qızıl odla, mömin isə bəla ilə sınanar. (Ğürərul-hikəm)


    • Xəbərlər: 6
    • Şərhlər: 201
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III