reklam
Yaşasaq görərik Yaşasaq görərik http://take.az/uploads/posts/2015-12/thumbs/1449863075_dxce6awhs4m.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Şəkillər 11-12-2015, 22:44

Yaşasaq görərik



Qabaqda çox gözəl günlərimiz var,
Yaşasaq görərik, yaşamasaq heç.
Kaş ki, ömürdən, tez getməsin bahar,
Alışan ürəyim, bir udum su iç,
Yaşasaq içərik, yaşamasaq, heç.


Olan oldu, keçən keçdi, nə bilim,
Xoş rüzgara tuş gəlmədi hər ilim.
Öz ağzımda kabab oldu öz dilim.
Pis də budu, yaxşı da bu, birin seç,
Yaşasaq seçərik, yaşamasaq, heç.

Günəşlə bir açılardı hər anım,
Olanları niyə nahaqdan danım.
Oğlum, qızım, mənim qoşa sarvanım,
Biri sağdan, biri soldan, deyir keç,
Yaşasaq keçərik, yaşamasaq, heç.


Sevimli dilbərim, dostum, sirdaşım,
Görən, söz deməyə çatacaq yaşım?
Kinayə atmağı sevən bir naşı,
Arxamca dillənir, vaxtın çatıb, köç
Yaşasaq görərik, yaşamasaq, heç.


Yaşasaq görərik

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 414 377 331 364 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.