Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


65 yaşdan sonra maşın sürmək qadağan edildi

  • Müəllif  Admin
 

65 yaşdan sonra maşın sürmək qadağan edildi

 

65 yaşına çatmış şəxslər iki kateqoriya üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər
 
Milli Məclisin "Yol hərəkəti haqqında” Qanuna bu gün etdiyi dəyişikliklə ölkəmizdə sürücülük hüququ ilə bağlı bir yenilik edilmiş olacaq.
Dəyişiklik qüvvəyə mindikdən sonra 65 yaşına çatmış şəxslər "D” və "DE” kateqoriyaları üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər. Bu isə sürücülük hüququnu itirmənin indiyə qədər olmayan tam yeni bir əsasıdır.
 
 
Bu yeniliyin tətbiqi maraqlı təcrübi suallar doğuracaq. Yəqin ki, hazırda yaşı 65-i ötmüş və "D” və "DE” kateqoriyalı sürücülük hüququ olan şəxslər var. Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyaya (149-cu maddə) "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları "D” və "DE” kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə "D” və "DE” kateqoriyaları göstərilməyəcək).
 
 
"D” və "DE” kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə "D” və "DE” kateqoriyası göstərilməyəcək.

Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun "D” və "DE” kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək.
 
 
Ən mübahisəli problem isə əcnəbilərlə yaşana bilər. Məsələn, 65-dən yuxarı yaşı olan və "D” və "DE” kateqoriyası olan əcnəbi avtobus sürərək Azərbaycana gəlir. Belə çıxır ki, həmin şəxs avtobusu idarə etməklə Azərbaycana buraxılmayacaq. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda isə o, sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb olunacaq.


Oxşar mövzular:
  • 540 000 AVRO-ya sürücülük vəsiqəsi aldı və avtomobilinə qovuşdu - FOTOLAR
  • Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi
  • Maşını etibarnaməsiz də sürmək olacaq - YENİLİK
  • Diqqət! Sürücülük hüququndan məhrum edilə bilərsiniz!
  • Kriştiano Ronaldo sürücülük hüququndan məhrum edildi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 2
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III