Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Pulsuz dayanacaqlar yaradılır ​ - Sürücülərin nəzərinə!

  • Müəllif  Admin
Pulsuz dayanacaqlar yaradılır

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq. Bu barədə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.

Bununla bağlı açıqlama verən yol eksperti, hüquqşunas Ərşad Hüseynov bildirdi ki, marketinq siyasətinin tərkib hissələrindən biri də avtomobillər üçün rahat və əlverişli parklanma yerlərinin olmasıdır:

"Dünyanın hər yerində avtomobilləşmə gedir. Azərbaycanda isə bu proses hələ təzə başlayıb. Dünyada avtomobil parklanması olmayan obyeklərə insanlar üz tutmurlar. Hətta Amerikada avtomobil parklanmaı olmayan marketlərə heç kim getmir. Ona görə, turizm inkişaf etdirmək istəyiriksə, turizm obyektlərinin rahat , əlverişli və istifadəyə yararlı saxlanma yerləri olmalıdır. Təkcə çimərliklərin deyil, imkan daxilində turizm obyektlərinin hamısında yaradılmalıdır”.



Oxşar mövzular:
  • Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb
  • Yol polisindən çağırış: avtomobillərdən az istifadə edin
  • Avtotəmir sexlərinə nəzarət güclənir - VİDEO
  • Yeni il öncəsi qənaət və qazanmaq imkanı
  • Turizm obyektlərindəki qiymətlər araşdırılacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Oktyabr 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III