reklam
Heyva mürəbbəsinin HAZIRLANMA QAYDASI Heyva mürəbbəsinin HAZIRLANMA QAYDASI http://take.az/uploads/posts/2017-10/1507316281_heyva_acf32374efcbf14319a92faf980ee41e.gif
Mələy0001

Mələy0001 Mətbəx 6-10-2017, 22:58

Heyva mürəbbəsinin HAZIRLANMA QAYDASI

Heyva mürəbbəsinin HAZIRLANMA QAYDASI
Heyva mürəbbəsinin HAZIRLANMA QAYDASI



Artıq payız fəslidir və demək olar ki, qışa hazırlıq üçün heyva mürəbbəsi bişirməyin tam zamanıdır.
Loading.az sizə dadlı heyva mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

 

Lazım olanlar:

 

1 kq heyva

1 kq şəkər tozu

Bir xörək qaşığı limon suyu

2 stəkan su

 

Hazırlanma qaydası:

 

Heyvaların qabıqlarını soyub, çox nazik olmayan şəkildə doğrayın. Bu zaman heyvanın çəyirdəyini də təmizləyib bir qaba yığın. Bir ləyənə suyu əlavə edib qaynadın. Daha sonra həmin suya doğranmış heyvaları və çəyirdəklərini əlavə edib 10 dəqiqə daha qaynadın. Üzərinə şəkər tozunu töküb, az odda 40 dəqiqə qaynadın.

Daha sonra limon suyunu əlavə edib 1 buğum daha qaynadın və altını söndürün.

 

Bildirək ki, heyvanın çəyirdəkləri mürəbbəyə xüsusi rəng verir və mütləq istifadə etmək lazımdır. Mürəbbə hazır olduqdan sonra onun içərisindəki çəyirdəkləri çıxara bilərsiniz.

 

Həmçinin 1 gün əvvəldən ona şəkər tozu əlavə edib saxlamayın. Belə olduqda heyvalar bərkiyir.

 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 372 314 382 347 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.