Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Imam Hüseynin heyati

alt


Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Sevimli peyğəmbərimizin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşmüşdür. 


Deyirlər vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı durdurmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 1400 il əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, Peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseyn olmuşdur.




"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi.

Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.

İmam "Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır" deyə buyurmuşdur.

Beləliklə, Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb etdi. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istədi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. Tarixçilərin verdiyi məlumatlara görə, bu qəbildən olan məktubların sayı on iki minə çatmışdı. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.

Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.

Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz idi və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşdü. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşitdi. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə topladı və onlara Mədinəyə qayıtmağı təklif etdi. İnsanların bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam etdi.

Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişdi. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istədi. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir. Qeyd etmək yerinə düşərdi ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi. İmam Hüseyn düşmən qoşununa su verərkən öz mənəviyyatı, insanlığı, Peyğəmbər övladının əxlaqına yaraşan bir hərəkət etdi. Çünki o, məsum bir şəxsiyyət idi və hər iki dünyada Rəbbinin razılığını qazanmaqdan başqa bir məqsədi yox idi. Suyun qarşısını kəsərək Peyğəmbər balalarını, İmamın səhabələrini susuz qoymaq isə zülmkarlara - Yezid qoşununa xas olan bir xüsusiyyət idi.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...

Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Ümumiyyətlə, İmam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane oldu. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək.


Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!



Oxşar mövzular:
  • Bu gün aşuradır
  • Məhərrəm ayı və Aşura
  • Hər gün Aşura-Hər yer Kərbəla!
  • İmam Hüseyn (ə) haqqında
  • 8 yaşında əmisi tərəfindən zorlanan qız& ...


  • Gerİ dön


    12 şərh


    • Allah razi olsun.

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • xebere gore tewekkur edirem

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:


    • «Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.» (Maidə/55)


    • Elnan
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ: 000000000


    • TEWEKKURLER AMMA ARTIQ OXUMUSAM


    • Xəbərlər: 0
    • Şərhlər: 0
    • İCQ:


    • iNEZ,

      Ilahilewdirmeyi o vaxt demek haqqimiz varki biz dualarimizda ALLAHa yox onlara dua edek,
      Isteklerimizi ALLAHdan yox onlardan isteyek....ve s.
      Ama Imamlarimiz ucun 12 ayin 1 ayini yas tutmaq hamimizin muselman ve insani vezifemizdi....

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:

    • iNEZ
    • 18 dekabr 2010 21:18
    •  

    • oxumadim
      amma meni duzgun basa dushun imamlari ilahileshdirme duzgun deyil

    • --------------------------------------------
      Biz goturmuruk bizden gotururler
      bir otururuk bizden otururler
    • iNEZ
    • Xəbərlər: 21
    • Şərhlər: 1279
    • İCQ:


    • Hemd olsun bunlari bilirem...
      Bilmeyenlerede vacibdir bilmek....

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:


    • Allah Razi Olsun...

    • --------------------------------------------

    • Xəbərlər: 0
    • Şərhlər: 4211
    • İCQ:


    • COx saq ol bunu bilmek vacibdir

    • --------------------------------------------



      Dostundan Sevgilivə Mesaj Yazıb Sevgilivi Sınamaqdansa, Sevgilindən Dostuva Mesaj Yazıb Dostuvu Sına...;)


    • Mirvahid
    • Xəbərlər: 517
    • Şərhlər: 2204
    • İCQ:


    • oxudum ama axira kimi yox( cray ama tewekkurler


    • dark funeral
    • Xəbərlər: 0
    • Şərhlər: 361
    • İCQ:


    • ALLAH CANIVIZI SAG ELESIN ALLAH RAZI OLUN


    • KAMIL
    • Xəbərlər: 174
    • Şərhlər: 180
    • İCQ:


    • Allah Razi Olsun Cox sagol.

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III