Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İSLAM Dini Haqqında bilmədikləriniz (sual-cavab)

  • Müəllif  Asef

Islam dini haqqindaƏziz istifadəçilərimiz ve Müsəlman  bacı-qardaşlarımız bu bölmədə sizə maraqlı olan İslam dini haqqında suallara cavab verəcəyik. Suallarınıza cavabı Ekspert S adlı Adminstrasiya heyətinin üzvü verəcək.



Oxşar mövzular:
  • Kerem Bursin haqqında bilmədiklərimiz
  • Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yə ...
  • Take.az Haqqında....
  • Məşhurların İslam dini haqqında fikirləri
  • Dini I GIF


  • Gerİ dön


    439 şərh


    • Salam aleykum meni narahat eden bir mesele baresinde size sual vermek isteyirem bir qadin ere getdiyi zaman eri saglam olub daha sonralar aldigi zerbe neticesinde ruhi xesteliye tutulub qadinsa bosanmaq isteyir kisi qadina talagini geri qaytara bilermi tutarli sayilarmi nezere alsaqki ruhi xestelerin ustlerinden ister dini ister dunyevi her bir hokm qalxir elinde kagizida var kisinin yaxinlarida razi deyiller bosanmaga qadin oz talagini geri oxutdura bilermi deyekki bunlar hamisi olub qadin talagini geri oxutdurub basqasiyla nigahlanib bu nigah kecerli sayilirmi zina sayilmirki?


    • gunel
    • Xəbərlər: 0
    • Şərhlər: 9
    • İCQ: .........


    • Sitat: nurlana1994
      salam aleykum uzr istiyrem sualima gore heyz halinda Qurana el vurmaq olmaz bunu bilirem ama men gundelik dualar(er-rehman,yasin ve s.)oxuyuram balaca yasin kitabindan bu duzgundurmu? Allah razi olsun...

      Va aleykum salam! Destəmazıolmayana nə qadağan olunubsa heyz halına da aiddir. Zikr etməkdə heç bir problem yoxdur. Namaz, oruc, Kəbəni təvaf etmək olmaz.

      Sitat: nurlana1994
      salam aleykum birdeki Allah sozu yazilan boyunbagiyla uzr istiyrem ayaqyoluna girmek ve heyz halinda onu taxmaq olarmi?Allah razi olsun...

      Allah sözü ərəb dilində yazılıbsa onda olmaz.


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • salam aleykum birdeki Allah sozu yazilan boyunbagiyla uzr istiyrem ayaqyoluna girmek ve heyz halinda onu taxmaq olarmi?Allah razi olsun...


    • nurlana
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • salam aleykum uzr istiyrem sualima gore heyz halinda Qurana el vurmaq olmaz bunu bilirem ama men gundelik dualar(er-rehman,yasin ve s.)oxuyuram balaca yasin kitabindan bu duzgundurmu? Allah razi olsun...


    • nurlana
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • Sitat: Anakonda
      Salam! Mən suallara verilən cavabları oxudum və sizə təşəkkür etmək istəyirəm. Çox saq olun belə gözəl və ətraflı cavablarla bizi maariflənidirirsiniz. Mənim də sizə bir neçə sualım var: 1. Tovhid kəliməsinin şərtləri hansılardır? 2. Şəfaət Axirətdə kimlərə düşür 3. İslamın yalnız yeganə haqq din olması barədə Quranda ayə varmı? Çox sağ olun!

      Va aleykum salam! Allah razı olsun! Cavablar: Sual 1- Tovhid kəliməsinin şərtləri: 1.Elm 2. Yəqinlik 3. Təsdiq 4. İtaət 5. İxlas 6. Sadiqlik 7. Məhəbbət ( bəzi alimlərə görə 8-ci tağutdan çəkinməkdir.
      Sual 2 : İslam dininin məşhur alimi İbnul Qeyyim şəfaətin 6 növünü qeyd edir: 1. Böyük şəfaət- Qiyamət günü müsəlmanlar peyğəmbərimizə müraciət etdikdə 2.Cənnət əhli Cənnətə tez girmək üçün olan şəfaət 3. Günahkar müsəlmanlara Cəhənnəmə düşməmək üçün olan şəfaət 4. Cəhənnəmə düşmüş günahkar müsəlmanların oradan çıxarılması üçün olan şəfaət 5. Cənnət əhlinin dərəcələrini artırmaq üçün olan şəfaət 6.Bəzi Cəhənnəm əhli üçün əzabı yüngülləşdirmək üçün olan şəfaət( Abu Talib üçün olunan) Sua3 Allah Qurani Kərimdə buyurur:"Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir."(Ali-İmran, 19) Həmçinin : "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."( Ali İmran,85) və " Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. "(əl- Maidə,3)


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • Salam! Mən suallara verilən cavabları oxudum və sizə təşəkkür etmək istəyirəm. Çox saq olun belə gözəl və ətraflı cavablarla bizi maariflənidirirsiniz. Mənim də sizə bir neçə sualım var: 1. Tovhid kəliməsinin şərtləri hansılardır? 2. Şəfaət Axirətdə kimlərə düşür 3. İslamın yalnız yeganə haqq din olması barədə Quranda ayə varmı? Çox sağ olun!


    • Albert
    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:

    • tulki
    • 14 may 2013 03:04
    •  

    • Allah razi olsun sizden..Mene heqiqeten cox komek etmiw oldunuz..Dogru yolu secdiyime bir daha emin oldum..Sag olun..


    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:


    • Sitat: tulki
      Salam,Men hicabliyam.Bu sebebden ozume iw tapa bilmirem.Ixtisasca muellimem.Amma qanun yol vermediyine gore ixtisasim uzre iwleye bilmirem.Bir cox yere muraciet etmiwem iw ucun,ekseriyyeti evvleceden CVmi qebul edib iw ucun musahibeye cagirsa da,hicabli oldugumu bilende fikrini deyiwir.Bir sozle,iwe cox ehtiyacim var,amma hicaba gore qebul etmirler,ali tehsilli muellim,iwsiz qalmiwam.Sualim beledir:Men nece cixiw yolu tapim??Bezileri deyir ki, axundla meslehetlew,corek qazanmaga gore,mektebde iwlemek ucun bawini acmagini axund meqbul sayar.Amma men bawimi acmaq istemirem.Duwunurem ki,belke ele Allahin bir sinagidir bu?Bu sebebden xeyli muddetdir ki,iwsizem,maddi cehetden cox eziyyet cekirem.Mumkunse mene meslehet verin..

      Va aleykum salam! Əvvəla Allah sizə yardım etsin və səbr versin! Allah ən çox sevdiyi bəndələrə ən çətin sınaqlar göndərər. Ən ağır imtahanlar da peyğəmbərlərə verilmişdi. Allahın sınağı bir qaydadır. Allah Qurani Kərimdə buyurur(Ənbiya,35):” Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik”
      İbn Abbasbu ayəni izah edəndə buyurur: “ Xeyir və şər- xoş və ağır güzəran, sağlamlıq və xəstəlik, halal və haram, itaət və dinsizlikdir” İnsanın nə dərəcədə səbrli və şükr etməsi bilinir.
      Bəqərə,155-156: Biz sizi azca qorxu, aclıq, sərvət, övlad, məhsul və insan itkisi ilə sınağa çəkirik. Buna dözənlərə müjdə ver. O kəslər ki, onlara müsibət üz verdikdə deyərlər: “ Biz Allaha məxsusuq və Ona da qayıdacağık”
      Ənkəbut: “2. İnsanlar [möminlər] yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? [Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək! 3. Biz onlardan əvvəlkiləri [keçmiş ümmətləri] də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da [həqiqi iman sahiblərini də], yalançıları da çox gözəl tanıyar!
      Mulk,2: “ Sizdən kimin əməli saleh olduğunu sınamaq üçün ölümü və həyatı xəlq edən Odur”
      Bu səbəbdən siz Allahdan ümidi kəsməməli və dua etməli və səbr etməlisiniz. Allah yolunda insan bir şeyi tərk edərsə Allah ona daha yaxşısı ilə əvəz edər.
      Həmçinin, hər bir çətinlikdən sonra Allah bir rahatlıq göndərər. Əsas odur ki müsəlman bu sınaqlarda layiqincə çıxsın, Allaha asi olmasın. Siz səbələri daim arayın, israrlı olun. Belə bacılar olub, lakin sonra işə də düzəliblər və ya evdə uşaq da hazırlaşdırırlar. Bilmirəm hansı axund nə deyib, amma bilirəm ki Allah hicabı qadınlara fərz, yəni əmr edib. Siz daima Allahla olun, Allaha sadiq olun və siz inşa-Allah bunun gözəl sonluğunu görəcəksiniz. Ruzi verən də Allahdır, işləri idarə edən də Allahdır!


      Sitat: QAFQAZ-PELENGI
      salam men teze-teze namaz qiliram mene tesbini cekmezden evvel deyilen duani deyin de

      Va aleykum salam!
      Salam verib namazı bitirdikdən sonra edilən zikrlər:
      [Əstəğfirullah (üç dəfə)!
      Allahummə Əntəs-səlam və minkəs-səlam təbəraktə ya zəl-cəlali vəl-ikram]
      Mənası: Allahım! Salam Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».
      Lə ilahə illəllahu vəhdəhu lə şə¬rikə ləhu. Ləhul-mulku və ləhul-həm¬du və huvə alə kulli şeyin qadir.
      Mənası: "Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! "
      [Subhanallahi, vəlhəmdulilləhi, vəl-lahu əkbər (hər birini otuz üç dəfə)!
      Həmçinin hər vacib namazdan sonra ayətul Kursini (əl-Bəqərə, 255), İxlas, Fələk və Nas surələrini oxumaq tövsiyə olunur.


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • salam men teze-teze namaz qiliram mene tesbini cekmezden evvel deyilen duani deyin de


    • QAFQAZ-PELENGI
    • Xəbərlər: 0
    • Şərhlər: 2
    • İCQ: salam

    • tulki
    • 13 may 2013 01:20
    •  

    • Salam,Men hicabliyam.Bu sebebden ozume iw tapa bilmirem.Ixtisasca muellimem.Amma qanun yol vermediyine gore ixtisasim uzre iwleye bilmirem.Bir cox yere muraciet etmiwem iw ucun,ekseriyyeti evvleceden CVmi qebul edib iw ucun musahibeye cagirsa da,hicabli oldugumu bilende fikrini deyiwir.Bir sozle,iwe cox ehtiyacim var,amma hicaba gore qebul etmirler,ali tehsilli muellim,iwsiz qalmiwam.Sualim beledir:Men nece cixiw yolu tapim??Bezileri deyir ki, axundla meslehetlew,corek qazanmaga gore,mektebde iwlemek ucun bawini acmagini axund meqbul sayar.Amma men bawimi acmaq istemirem.Duwunurem ki,belke ele Allahin bir sinagidir bu?Bu sebebden xeyli muddetdir ki,iwsizem,maddi cehetden cox eziyyet cekirem.Mumkunse mene meslehet verin..


    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:


    • Sitat: mesedi
      salam aleykum dini qardaslara salamlar olsun

      dəstəmazı ne batil edir


      Dəstəmazın şərtləri:[/b]
      – müsəlman olmaq;
      – həddi-büluğa çatmaq;
      – ruhi xəstə olmamaq;
      – təmiz su tapmaq;
      – niyyət etmək;
      – suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq;
      – bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);
      – sidik və ya nəcisdən azad olmaq.
      Bu şərtlərdən biri yerinə yetirilməzsə dəstəmaz batil olur.
      [b]Dəstəmazı batil edən amillər:

      – orqanizmdən çıxan sidik, nəcis, məzi, istihazə halında gələn
      qan və s.
      – dərin yuxuya getmək və ya huşu itirmək;
      – dəvə əti yemək (bir çox alimlərin rəyinə görə);
      – cinsi əlaqəyə girmək (bu həm də qüslü batil edir);
      – heyz və nifas halı (bu həm də qüslü batil edir);
      – pollüsiya baş verdikdə (bu həm də qüslü batil edir);
      – övrət yerinə toxunmaq (bəzi alimlərin rəyinə görə);
      Dəstəmazın vacibləri:
      – üzü yumaq, ağzı yaxalamaq, buruna su alıb çıxartmaqla onu tə-mizləmək;
      – qolları, barmaqların ucundan dirsəklərə qədər – dirsəklər də daxil olmaqla – yumaq;
      – başa və qulağa məsh etmək;
      – ayaqları, barmaqların ucundan topuqlara qədər – topuqlar da daxil olmaqla – yumaq;
      – bu vacibləri ardıcıl yerinə yetirmək
      – bu vacibləri fasiləsiz (ara vermədən) yerinə yetirmək





    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • salam aleykum dini qardaslara salamlar olsun

      dəstəmazı ne batil edir



    • ismayil
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:


    • Sitat: nurlana1994
      salam aleykum sualima gore cox cox uzr istiyrem qadinlar bezen bedenlerinin muxtelif yerlerine tebii vasitelerle maskalar edirler(qiriwlarin yox olmasi,derinin cavanligi ve s. kimi) bu tebii maskalarla sineni bir az boyutmek ne derecede duzgun olar? yoxsa Allahin qezebine sebeb olar? yeni Allahin verdiyini deyiwmekle gunah qazanmiw olariqmi? Allah razi olsun halal edin...

      Va aleykum salam! Dəriyə qulluq etmək məqsədi ilə maskalar və başqa proseduralar etmək olar. Orqanlara tibbi medaxilə yalnız insana əziyyət verdikdə, çox eybəcər göründükdə, başqa orqanlara mane olduqda və s.r zəruri hallarda icazə verilir. Bu zaman Allahın verdiyini dəyişməkdə heç bir problem yoxdur. Məsələn, kor bağırsağın çıxıntısı- appendiks. Onu o zaman cərrahi əməliyyat edirlər ki o artıq iltihablaşıb və bütün orqanizmə yalnız zərər verir və s.r. Qalan başqa hallarda( məsələn sinəni bir az böyütmək və ya qaşları almaq, dodaqları şişirtmək və s.r) buna şəriətdə icazə verilmir. Adətən belə hallar saleh əməllər üçün edilmir. Allah bizləri belələrindən qorusun!


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • salam aleykum sualima gore cox cox uzr istiyrem qadinlar bezen bedenlerinin muxtelif yerlerine tebii vasitelerle maskalar edirler(qiriwlarin yox olmasi,derinin cavanligi ve s. kimi) bu tebii maskalarla sineni bir az boyutmek ne derecede duzgun olar? yoxsa Allahin qezebine sebeb olar? yeni Allahin verdiyini deyiwmekle gunah qazanmiw olariqmi? Allah razi olsun halal edin...




    • nurlana
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • salam.bilmek isterdim ki,namazdan sonra ki dua edirem/gozubagli edilmelidi yoxsa gozuaciq?yeni ele bir ferqi yoxdu ki?cox sag olun


      Va aleykum salam! Peyğəmbərimizdən gözlərini bağlayıb dua edilməsi barədə səhih hədis mənə rast gəlməyib. O səbəbdən gözü bağlamasaq daha əfzəldir. Duanın ədəbələrindən( səhih hədislərə əsasən) 1. Yalnız Allaha dua etmək. 2. Allahın müxtəlif isimləri ilə dua etmək. 3. Əvvəlcə Allahı həmd səna etmək və sonra dua etmək. 4.Əlləri qaldırmaq. 5. İmkan olsa qibləyə tərəf yönəlmək. 6. Duada israrlı olmaq.


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:

    • sued
    • 8 may 2013 19:13
    •  

    • salam.bilmek isterdim ki,namazdan sonra ki dua edirem/gozubagli edilmelidi yoxsa gozuaciq?yeni ele bir ferqi yoxdu ki?cox sag olun


    • sued
    • Xəbərlər: 0
    • Şərhlər: 4
    • İCQ:


    • Sitat: yerazka
      salam:namaz qildiqda qarwisindan kecmek gunahdir?

      Bəli. Namaz qılan ona görə də qabağında təxminən dirsək hündürlüyündə bir əşya qoyur( sutra deyilir).

      Sitat: terane qumral
      salam men bir sualla muraciet etmek istiyirem xais edirem Allah xetrine cavablandirasininz.demeli menim bir xesteliyim var oynaqlarimda agrilar olurmen evveller namaz qilirdim..sora fasile verdim sora yene qildim sora yene fasile verdim indi yene basdamaq istiyirem..duzdu rahatliqla oturub qila bilmirem agrilarim olur deye stolda qilacam..men bele etmekle cox gunaha batmisam bilirem men nece edimki gunahlarimi bagislasin Allah ..namazi saxlamaq;a cox boyuk gunah etmisem nece etsem ALLah Meni bagisliyar??? nemeslehet gorursuz???

      Namazı tərk etmək ən böyük günahlardan sayılır. Amma Allah Mərhəmətlidir. Siz səmimi qəlbdən iixlasla Allaha tövbə edin və dərhal namaza qayıdın. Çoxlu Quran oxuyun, Allahı zikr edin, elmli və imanlı müsəlmanlarla birgə olun, tez tez məscidlərə gedin, sədəqə verin.


      Sitat: sonya
      hamiya salam men namaz qiliram amma bilmirem namazim qebul olunur ya yox bunu men hardan bilerem

      Müsəlman iki hiss arasında daima olmalıdır: Qorxu və ümid. İbadətlərin qəbulunun iki şərti var: 1. İbadətlər yalnız Allah üçün olmalıdır(İxlas). 2. İbadətlər Peyğəmbərimiz( əleyhissalam) buyurduğu qaydada olmalıdır. Allaha şərik qoşmamalı və ibadətləri öz vaxtında etməliyik. Hər gün Allahı zikr edərək bağışlanma diləməliyik.


      Sitat: leman aksular
      salam aleykum sualim beledir hardasa seferde olduqda butun namazlari iki ruket qilmaq lazimdir?

      Səfərdə olduqda yalnız 4 rükətli namazlar 2 rükət qılınır.


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • nurlana1994,
      Sual: Salam kunye ne demekdir? Allah razi olsun halal edin...

      Cavab: Va aleykum salam! Kunyə ərəb dilindən ləqəb deməkdir. Xüsusən də ərəblər kişinin adından çox onu "böyük oğlunun adının atası" adlandırırdılar. Məsələn, Fəridin böyük oğlunun adı Əhməddir. Fəridə " Abu Əhməd" deyilir. Həqiqəti bilən Allahdır.


      Dindar qiz,
      Sual: Salamlar hamıya. Mən dindar qızam başımı bağlayıram namaz qılıram.
      Sualim budur: Namazı Azərbaycan dilində oxumaq olar?

      Cavab: Va aleykum salam! Namazı yalnız ərəb dilində qılmaq lazımdır. Mühəmməd(əleyhissalam)peyğəmbərin vaxtında və sonra raşidi xələfilərin dövründə başqa millətlərdən İslamı qəbul edənlərə buyruldu ki namaz yalnız ərəb dilində qılınsın.


      Sitat: tamara1986
      Salam. Sizə bir sual vermək istəyirəm.
      Sualım budur: Quranda oruc tutmaq əmr edilir (Bəqərə 183). Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir?
      Əvvəlcədən təşəkkürlər.

      Bu məsələlər hədislərdə izah edilmişdir. Məsələn,
      . Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Biz Peyğəmbərlə (s.ə.s) bir yerdə oturmuşduq. Bu vaxt bir kişi gəlib ona dedi: "Həlak oldum, ey Allahın elçisi". Peyğəmbər (s.ə.s): "Nə olub sənə?" deyə səbəbini ondan soruşdu. O dedi: "Oruclu ikən zövcəmlə cinsi əlaqədə olmuşam" . Peyğəmbər (s.ə.s) ondan: "Qul azad edə bilərsənmi?" – deyə soruşdu, O, xeyr deyə cavab verdi. Peyğəmbər (s.ə.s): "İki ay ardıcıl oruc tuta bilərsənmi?" – deyə soruşdu. O, xeyr deyə cavab verdi. Peyğəmbər (s.ə.s) ondan: "Altmış yoxsulu (miskini) yedirdə bilərsənmi?" – deyə soruşdu. O, eyrx deyə cavab verdi. Sonra o (s.ə.s), bir qədər susdu. Elə bu zaman səhabələrdən biri ona bir zənbil xurma gətirdi. Peyğəmbər (s.ə.s) zənbili götürüb bayaq sual verən kişiyə uzatdı və dedi: "Götür bunu sədəqə et" . O dedi: "Ey allahın elçisi, məndən də kasıb olana sədəqə edim? Allaha and olsun ki, Mədinədə mənim ailəmdən də kasıb ailə yoxdur". Peyğəmbər (s.ə.s) güldü və dedi: "Elə isə bunu ailənə sədəqə et"» (əl-Buxari, 1936; Müslim, 2590).

      Bu ı hədisdən çıxarılan nəticələr:
      – Ramazan ayının oruc tutulan müddətində qəsdən cinsi əlaqəyə girən kəffarə (cərimə) ödəməlidir;
      – Ramazan ayının oruc tutulan müddətində unutqanlıqdan, bilmə-yərəkdən və ya məcburiyyət qarşısında cinsi əlaqəyə girən isə kəffarə (cərimə) ödəməməlidir;
      – Kəffarəni ödəyən şəxs, bunu hədisdə göstərilən tərtib üzrə etməlidir;
      – Ramazan ayının oruc tutulan müddətində cinsi əlaqədə olmaq müsəlmanı həqiqi mənada həlak edən amillərdən sayılır;
      – Kəffarəni ödəmək kasıb olan şəxsə belə vacibdir;
      – Başqasının yerinə kəffarə ödəməyin caiz olması;
      – Peyğəmbərin (s.ə.s) gözəl əxlaq sahibi olması;
      – Günah edən şəxs, peşman olub tövbə etsə belə, üzərində olan cərimə haqqı qüvvədən düşmür;
      – Günah edən şəxsə başqası tərəfindən (onun əvəzinə) ödənilən cəri¬mədən istifadə etməsi caizdir.




      bahar ciceyi,
      Salam.. Dində məcburiyyət nə dərəcədədi?? Mümkünsə QURAN ayələri ilə bu barədə məlumat verərdiz.. Əvvəlcədən təşəkkürlər
      Dində məcburiyyət yoxfur. Bu barədə Quran ayəsi var. Bəqərə surəsi, 256:"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir." Dinə dəvət edəndə də təmkinlə və hikmətlə etmək lazımdır.Dini sevdirmək lazımdır, təzyiq və məcburiyyət insanlarda ikrah hissi yardır. Lakin haramlardan insanı onun istəyinə zidd olsa da uzaqlaşdırmalıyıq. Məsələn hansı birimiz narkotikdən öz övladını uzaqlaşdırmaz?

      Sitat: nurane.nur22
      SALAM ,menim 2 azyawli 3 ve 5 yawlarinda qizim var .men her namaz qilanda menimle birge qilirlar.sozleri bilmeselerde hereketleri tekrarliyirlar....deyirler qoyma uwaqdi gunahdi,,,gunah olub.olmadiqni..bilmek isterdim

      Va aleykum salam! Uşaqlar adətən böyüklərin etdiklərini təkrar etməyə cəhd edirlər. Namazda da həmçinin. Burada heç bir qəbahət yoxdur. Uşaqlara günah yazılmır. Ümumiyyətlə yetkinlik yaşına çatana qədər uşaqlara günah yazılmır. Peyğəmbərimiz( əleyhissalam) namaz qılanda da nəvələri onun bekinə minər, qucağında oturardılar.


      Sitat: nurane.nur22

      SALAM men 3 ildi namaz qiliram ama hicaba hele hazir deyilem .bu gunah sayilirmi ve namazim qebuldurmu.

      VA aleykum salam! Ümumiyyətlə hicaba bürünməyən xanımların namazının batil olması barədə heç bir məlumat yoxdur. Allah qadınlara naməhrəm yanında olduqları zaman hicaba bürünməsini əmr edib. İnşa-Allah vaxt gələr siz hazır olarsınız və bunun nə qədər əhəmiyyətli olmasını özünüz də hiss edərsiniz.


      nurane.nur22,
      SALAM.;;menim yoldawim icki icir mense namaz qiliram;;;bizim birlikde yawamaqmiz ne derecede doqrudur;;onu dine nece getire bilerem;;;;onceden tewekkurler'''
      Əgər yoldaşınız özünü müsəlman sayırsa, içkini haram bilir amma uzaqlaşa bilmədiyini iddia edirsə onda siz birgə yaşaya bilərsiniz. İslama dəvət etməmiş ilk öncə Allaha çoxlu dua ilə müraciət edib ona hidayət verməsini istəyin və bu yolda səbrlə dualardan əl çəkməyin. İkincisi özünüz və ya İslamı gözəl bilən, hörmətə malik insanlardan xahiş edin ki ona İslamı başa salsaınlar. Unutmaq lazım deyil ki hidayəti verən yalnız və yalnız Allahdır. Allah ona hidayət versin! Amin!

      Sitat: aywe1992
      Menim sualm bunan ibarediki Namehremnene dansmay olarmi? ve esidiyime gore 7di kelmeden artix dansmay olmaz bu beledimi? onceden tesegurle

      Naməhrəmlə yalnız istisna hallarda, vacib məsələrdə, təhlükə zamanı, elm aldıqda və sairə danışmaq olar. Çalışmaq lazımdır ki naməhrəmlə otaqda tək olmayasan. Çünki hədisə görə bu halda üçüncüsü şeytandır. 7-ci kəlmədən artıq danışmamaq barədə heç bir dəlil yoxdur. Dinə nisbət edilən hər bir məlumatın mənbəyi olmalıdır.


      Sitat: Clever girl
      Salam.Hicab baglamaq vacib emeldir?

      Bəli Hicab qadına vacibdir. Bu barədə Allah Qurani Kərimdə Nur surəsinin 31 ayəsində buyurur: "
      Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız."


      Sitat: aysun quliyeva

      nece yasindan namaz qiinmalidir?

      Oğlanlar 10 yaşından, qızlar isə 12-13 yaşından( fizioloji günlər başlayan zamandan) namazı qılmalıdırlar


      Sitat: serxanli
      essalamu eleykum.men bir sual vermek isterdim qadinda destemazda kisinin etdiyi kii basina mesh cekmelidir?? bezileri deyirler ki qadinlar basdan yox alindan asaga mesh cekirler.zehmet olmasa bu barede melumat vererdiniz.cox vacibdir.indiden tesekkur

      Va aleykum salam! Dəstəmaz istər kişi və istər qadın üçün eynidir. Başqa bir fikir iddia edən şəriətdən dəlil gətirməlidir.


      Sitat: Gunahkar-Bende
      salam eleykum size bir sual vermek istiyirem sualim budur:istediyim qizi qacirtmaq gunahdir bu barede melumat veresiniz.

      Bəli günahdır. Nikahda valideynin razılığı vacibdir. Yalnız bir halda icazə verilir: Əgər qızın valideynləri kafirdir və qızı məcburən kafirə vermək istəyirlər, onda müsəlman oğlan həmin qızla aulə qura bilər, neə ki siz deyirsiniz" qaçırda bilər"


      Sitat: Turkane
      SAlam . men Namaza kecen il yanvarda baslamisam . ama qizlar 9 yasindan Namaz qilmalidilarda elemi? indi menim qezalarim var heee? indi 20 yasim var . 9 yasimdan bu yana kimi qilmaliyamda butun Qeza Namazlarimi? indiden cox sagolun Allah razi olsun

      Sizin halda qəza namazlarını qılmaq lazım deyil. Qəza namazı insan özündən asılı olmayaraq( yuxu, unutqanlıq və s.r) hallardan sonra qılına bilər.

      Sitat: nurlana1994
      salam uzr istiyrem yeniden narahat etdiyimcun deqiq cavab ala bilmedim sizden yeni menim namazdan sonra rehmete getmiw yaxinlarima salavat gondermeyim duzgundurmu? Allah razi olsun..

      Salavat yalnız və yalnız peyğəmbərlərə deyilir. Siz vəfat etmiş yaxınlarınıza rıhmət diləyin. Bu daha doğrudur və onların da buna çox ehtiyacı var.


      Sitat: ya zehra
      desdamazi basi aciq almaq olar

      Bəli olar.


      Sitat: serxanli
      essalamu eleykum.men bele bir sual vermek isterdim esgerlikde namaz qilmaqin ayri bir qaydasi varmi ? varsa deyerdiz indiden tesekkur

      Əsgərlikdə xüsusi namaz qaydası yoxdur. Lakin lap çox çətilnlik olarsa namazları birləşdirib qıla bilərsiniz.

      r

      Sitat: nurlana1994
      yeni toy baresinde ve ya icki meclisleri haqqinda Quranda hansisa sure varmi ki daha aydin oxuyum? birdeki men namazdan sonra rehmete getmiw yaxinlarima salavat gonderirem bu duzgundurmu? yoxsa salavat tekce Peygemberimize(s.e.s.) gonderilmelidir?

      Ümumən Allah haramdan çəkinməyi buyurub, istər toy olsun istər yas məclisləri. İçki məclislərinə getməyin haram olması barədə Peyğəmbərimizdən( əleyhissalam) hədislər var. Allah içki məclislərini lənətləyib oradan uzaq olmaq lazımdır.




      quote=nurlana1994
      [quote=nurlana1994] birdeki men namazdan sonra rehmete getmiw yaxinlarima salavat gonderirem bu duzgundurmu? yoxsa salavat tekce Peygemberimize(s.e.s.) gonderilmelidir?[/quote]

      Salavat yalnız və yalnız peyğəmbərlərə deyilir. Siz vəfat etmiş yaxınlarınıza rəıhmət diləyin. Bu daha doğrudur və onların da buna çox ehtiyacı var.[/quote]


    • Səfərbəy
    • Xəbərlər: 0
    • Şərhlər: 87
    • İCQ:


    • Salam kunye ne demekdir? Allah razi olsun halal edin...


    • nurlana
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • Salamlar hamıya. Mən dindar qızam başımı bağlayıram namaz qılıram.
      Sualim budur: Namazı Azərbaycan dilində oxumaq olar?


    • Aygun
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • Salam. Sizə bir sual vermək istəyirəm.
      Sualım budur: Quranda oruc tutmaq əmr edilir (Bəqərə 183). Amma orucun əsas hökmləri – orucu batil edən işlər, oruc tutana məkruh olan işlər, orucun kəffarəsi, orucun qəzası, hansı halda oruc tutan kəffarə verməlidir? Kəffarəni kimə verməlidir? Necə verməlidir?
      Əvvəlcədən təşəkkürlər.


    • Tamara
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:


    • Salam.. Dində məcburiyyət nə dərəcədədi?? Mümkünsə QURAN ayələri ilə bu barədə məlumat verərdiz.. Əvvəlcədən təşəkkürlər


    • bahar ciceyi
    • Xəbərlər: 0
    • Şərhlər: 5
    • İCQ:


    • ...SALAM .cavablarniza.gore tewekkurler.

      SALAM ,menim 2 azyawli 3 ve 5 yawlarinda qizim var .men her namaz qilanda menimle birge qilirlar.sozleri bilmeselerde hereketleri tekrarliyirlar....deyirler qoyma uwaqdi gunahdi,,,gunah olub.olmadiqni..bilmek isterdim


    • NURANE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ: nur


    • SALAM men 3 ildi namaz qiliram ama hicaba hele hazir deyilem .bu gunah sayilirmi ve namazim qebuldurmu.


    • NURANE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ: nur


    • SALAM.;;menim yoldawim icki icir mense namaz qiliram;;;bizim birlikde yawamaqmiz ne derecede doqrudur;;onu dine nece getire bilerem;;;;onceden tewekkurler'''


    • NURANE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ: nur


    • Allahin salami olsun sene qardaw! Qurani kerimde heyz haqqinda el beqere suresindeki 222 ci ayeden bawqa aye var?

      Xeyal qardaw sen harda qalirsan?


      seninle bawqa nece elaqe saxlamaq olar?


    • asif
    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:


    • Menim sualm bunan ibarediki Namehremnene dansmay olarmi? ve esidiyime gore 7di kelmeden artix dansmay olmaz bu beledimi? onceden tesegurler


    • Ruqeyye
    • Xəbərlər: 0
    • Şərhlər: 39
    • İCQ:


    • salam aleykum menim bir sey oyremey isdiyirem Namehremnen 7di kelemden artxi dansmay haramdm.onceden tesekuler ALLAH RAZI OLSUN


    • Ruqeyye
    • Xəbərlər: 0
    • Şərhlər: 39
    • İCQ:


    • cox sagolun cavabiniza gore.


    • Xəbərlər: 118
    • Şərhlər: 2111
    • İCQ:


    • Salam.Hicab baglamaq vacib emeldir?


    • Xəbərlər: 118
    • Şərhlər: 2111
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III