Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Nazirlikdən XƏBƏRDARLIQ...

  • Müəllif  Asef

 

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama yayıb
Təhsil Nazirliyindən  verilən məlumata görə, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı TN-ə mütəmadi müraciət edirlər: "Təəssüf ki, belə şikayətlər xüsusilə yay ayları ərzində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə vaxtı daha da intensivləşir.

Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

Nazirlik vətəndaşlara müraciət edərək bildirib ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur: "Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər”.

Nazirlik bunu da açıqlayıb ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir: "Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir”.


Oxşar mövzular:
  • Azərbaycan vətəndaşları Macarıstanda pulsuz ali təhsil ala biləcəklər
  • Ali məktəblərə sənəd qəbulu başlayır....
  • Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanıb
  • Nazirlikdən "Qiyabi təhsil" açıqlaması
  • Şagirdlər bu xəbəri mütləq oxusun!


  • Gerİ dön


    1 şərh


    • Təşəkkürlər

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930