Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İlk qrafen akkumulyator 15 dəqiqəyə enerji ilə doldurulur

  • Müəllif  Admin
 

İlk qrafen akkumulyator 15 dəqiqəyə enerji ilə doldurulur

 

 Noutbuk, smartfon və ya akkumulyatorla işləyən digər istənilən qurğunu yaxın gələcəkdə 15 dəqiqəyə enerji ilə doldurmaq mümkün olacaq. Belə ki, Çinin "Dongxu Optoelectronics” şirkətinin təqdim etdiyi dünyanın ilk qrafen akkumulyatoru elektron qurğuların yeni dövrünün başlanğıcı ola bilər.
 
"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, tutumu 4800 milliamper/saat təşkil edən qrafen akkumulyator "G-King” adlanır. Çin istehsalçısının nümayəndələrinin sözlərinə görə, batareyanı 13-15 dəqiqəyə enerji ilə doldurmaq olar. Həmçinin, akkumulyator yaradıcıları qeyd edirlər ki, batareya ümumilikdə 3500 dəfə enerji ilə doldurula və boşaldıla bilər. Bu, orta litium-ion batareyanın istismar müddətini təxminən 7 dəfə üstələyir.

Bildirilir ki, yeni akkumulyatorun bütün bu özəllikləri qrafenin xüsusiyyətləri ilə əlaqədardır. Bu material böyük texnoloji potensiala malikdir. Qurğularda batareyaların effektivliyini artırmaqla yanaşı, material hazırda müxtəlif versiyaları hazırlanan elastik ekranlı qurğuların yaradılması üçün yararlı ola bilər. Qrafendən istifadə ürəkdöyünmə cihazlarının və barmaq izləri skanerlərinin funksionallığını da yaxşılaşdıra bilər.

"G-King” akkumulyatorunun təqdimatı iyulun əvvəlində Pekində keçirilib, lakin bu o demək deyil ki, yaxın zamanlarda buraxılacaq smartfonlar qrafen akkumulyatorlarla təchiz ediləcək. "Dongxu” akkumulyator barədə ətraflı məlumat verməyərək onun nə vaxt satışa çıxarılacağını açıqlamayıb. Buna baxmayaraq qrafen batareyanın hazırlanması amili öz-özlüyündə ondan xəbər verir ki, məhsul gec-tez bazara çıxarılacaq və mobil qurğularda və noutbuklarda istifadə ediləcək, eləcə də akkumulyator barədə təsəvvürü köklü şəkildə dəyişəcək.

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
 


Oxşar mövzular:
  • Yeni əlil arabası elementləri insan bədəninin “3D” modelinə uyğun çap edili ...
  • Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib
  • Selfi həvəskarları üçün ucuz smartfon
  • Gələcəyin materialı təhlükəlidir
  • 2020-ci ilə bütün ev qurğuları internetə bağlı olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III