Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“iPhone 7”-nin maya dəyəri açıqlandı

  • Müəllif  Admin

Sentyabrın 21-də "İHS İnc” şirkətinin mütəxəssisləri "iPhone 7” smartfonunu ehtiyat hissələrinə ayırıblar və onun əsl qiymətini hesablayıblar.

Smartfonun qiyməti təxminən 225 dollar təşkil edib.

İxtisaslaşdırılmış mənbənin məlumatına görə, 32 Gb yaddaşa malik "iPhone 7”-nin ümumi dəyəri ehtiyat hissələrə ayrılan zaman cəmi 226,2 dollar təşkil edib. "Alma” telefonlarının yeni "iPhone 7” və "7 Plus” modelləri Rusiyada sentyabrın 23-də diler mərkəzlərində satışa çıxarılacaq.

"İHS İnc” mütəxəssislərinin məlumatlarına görə, "iPhone 7”-nin hissələrinin qiyməti 202,8 dollar olub. Cihazın qiymətinə həmçinin yığılma və cihaz üçün proqram istehsalı xərcləri də daxildir.

Əlavə xərclərə isə reklam, qutu halına salınması və diler mərkəzlərinə çatdırılması xərcləri də daxildir. Modeli tirajlara bölsək, o zaman hər telefonun üstünə gələn əlavə pul 24 dollar təşkil edəcək.

Bundan öncə "Apple” şirkətinin rəhbərliyi bildirib ki, hələlik yeni "iPhone 7”-nin qiymətinin dəyərləndirilməsinin aparılması barədə düşünmür.

Hazırda 32 Gb yaddaşlı smartfon versiyasının qiyməti 775 dollardır. "iPhone 7 Plus” modeli isə alıcıya 1163 dollardan yuxarı başa gələcək. Bu il şirkət bildirib ki, onların mobil telefonlarının satışı 2015-ci ildəki gəlirin 66%-ni təşkil edib.


Oxşar mövzular:
  • iPhone 7-nin qiyməti bəlli oldu – FOTOLAR
  • Bu da yeni “iPhone SE” [foto]
  • Apple Watch nə il fərqlənir?
  • iPhone 5c-in istehsalı dayandırılacaq
  • iPhone 6-nın əsl qiyməti


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Nunu001
           2003
    Şərhləri: 1
     
    attention
           Нет
    Şərhləri: 1
     
    Sanar
           Нет
    Şərhləri: 1
     
    AlbertoKM
           378254161
    Şərhləri: 1
     
    Sarı mələk
           Нет
    Şərhləri: 1
     
    «     Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III