Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Google yeni Pixel smartfonunu təqdim edib

  • Müəllif  Admin
Google yeni Pixel smartfonunu təqdim edib


"Google" korporasiyası "Pixel" adlı smartfonunu təqdim edib.

Smartfon iki versiyada təqdim edilib: 5 düymlük diaqonala malik ekranla təchiz edilmiş "Pixel" və 5.5 düymlük ekranla təchiz edilmiş "Pixel XL". "iPhone"nun rəqibi olan aparat 12.3 meqapiksellik kamera ilə təchiz edilib. "Google"un nümayəndələri əmin ediblər ki, sözügedən smartfon öz xarakteristikalarına görə analoqlarını geridə qoyur. "DxOMark" internet resursunun mütəxəssislərinin qiymətləndirməsi bunu sübut edir. Həmçinin 8 meqapiksellik ön kamera var.

İnternet nəhənginin smartfonları dördnüvəli "Snapdragon 821" prosessoru, 4 QB əməli yaddaş, 32 və 128 QB daxili yaddaşla təchiz ediliblər. Bu halda "Google" istifadəçilərə şəkil və videoyazıların saxlanılması üçün qeyri-məhdud disk sahəsi söz verir. Korporasiyanın mütəxəssislərinin qiymətləndirməsinə görə, akkumulyatorun şarjı gözləmə rejimində 7 saat üçün kifayət edir və 15 dəqiqə ərzində enerji ilə doldurmaq mümkündür.
Tayvanın "HTC" şirkəti tərəfindən yığılan qurğular "Android" əməliyyat sisteminin "Nougat" adlı yeni versiyası ilə işləyir. Yeni versiyada enerji sərfiyyatını optimallaşdıran və əməli yaddaşa yüklənməni azaldan xüsusi iş rejimi mövcuddur. Şirkətin nümayəndələri "Pixel" smartfonuna inteqrasiya edilmiş virtual səs köməkçisinə xüsusi əhəmiyyət verirlər.

Smartfonun dizaynı bir çox başqa populyar modellərə oxşayır, sadəcə, fiziki düymələri sensor panel əvəz edir. Aparat üç rəngdə əlçatandır: gümüşü, qara və ağ-göy. Sonuncu ABŞ üçün eksklüzivdir. "Pixel" smartfonu virtual reallıq effektinin yaradılması üçün "Daydream" platformasını dəstəkləyir.


Oxşar mövzular:
  • Selfi həvəskarları üçün ucuz smartfon
  • 5.7 düymlük ZMAX fableti göstərildi
  • Yeni Samsung Galaxy Tab göstərildi
  • HP yeni noutbukunu göstərdi
  • Ascend P7 mini smartfonu göstərildi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III