Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Növbəti “iPhone” inqilabi olacaq - Tam şüşədən

  • Müəllif  Admin
Növbəti


Jurnalist və texniki ekspert Robert Skoubl etibarlı mənbələrə istinadən növbəti nəsil "iPhone"ların smartfon bazarında inqilab edəcəyini bildirib.

Bu barədə o, özünün bloqunda yazıb. "Mənə dedilər ki, növbəti "iPhone" tam şüşədən olacaq ("Gorilla Glass" və möhkəmliyi təmin edən digər polikarbonatlarla birlikdə), yeni nəsil OLED-displeylə təchiz olunacaq", - deyə R. Skoubl deyib. O bildirib ki, yeni "iPhone"u sensorları olan qarnitura yerləşdirmək mümkün olacaq, bunun sayəsində "Nvidia 1080"lə müqayisədə daha yüksək tezlikli kadrlar təmin ediləcək.
 
Jurnalist qeyd edib ki, 2017-ci il buraxılışlı "iPhone" holoqramdan istifadə edilməklə əlavə reallıq (augmented reality) texnologiyasına malik olacaq: "Telefon "Apple"ın satın aldığı "Primesense" şirkəti tərəfindən 3D sensorla təchiz ediləcək. Hazırda İsraildə şirkətin 600 mütəxəssisi bunun üzərində çalışır. Söhbət "iPhone"un 10 illik yubiley modelindən gedir. Bu məhsulu "Apple"ın yeni, fantastik mənzil-qərargahında nümayiş etdirəcəklər. Bu, mobil sənayeni tam dəyişdirəcək çox vacib məhsul olacaq".
 
Qeyd edək ki, "iPhone 8"in tam şüşə displeydən ibarət olacağı barədə söhbətlər daha öncə da yayılmışdı. Ekspertlər cihazın "Home" düyməsinə malik olmayacağını da bildirir.



Oxşar mövzular:
  • Azərbaycanda iPhone 7-nin satışı başladı - QİYMƏTLƏR
  • iPhone 7-nin akkumulyatoru ən pis nəticə göstərdi
  • “iPhone 7”-nin maya dəyəri açıqlandı
  • Tanış olun: iPhone 6S və iPhone 6S Plus - FOTO
  • iPhone 5 gəlir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III