Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Smartfonlar insanları sifətə görə müəyyənləşdirəcək

  • Müəllif  Admin
Smartfonlar insanları sifətə görə müəyyənləşdirəcək


Smartfon istifadəçiləri bundan sonra üzün tanınması əlavəsi vasitəsilə insanları identifikasiya edə biləcəklər. Belə ki, Londonun "Blippar" şirkəti öz əlavəsi üçün "Face Profile" əlavə reallıq funksiyasını istifadəyə verərək istifadəçilərə üzü hətta televizordan skan etməyə imkan yaradıb.

İstifadəçilər lazımi adam haqqında onun sosial media profili daxil olmaqla baza məlumatlarını əldə edəcəklər. Proqram hazırda yalnız ictimai xadimləri tanısa da, istifadəçilər öz profillərini yaradaraq ona əlavə edə bilərlər.

"iOS" və "Android" əməliyyat sistemləri üçün nəzərdə tutulan "Blippar" əlavəsi indiyədək istifadəçilərə smartfondan istifadə edərək gündəlik obyektlər haqqında daha çox məlumat əldə etmək üçün onları skan etməyə imkan verib. Yenilənmə insanlar haqqında daha çox informasiya toplamaq üçün üzləri skan etməyə şərait yaradacaq.

Profillərə informasiya və şəkillər, sosial mediada profillərə əlavə keçidlər, sevimli musiqi və hətta onların məşhur oxşarlarının şəkilləri daxil olacaq. Bundan başqa, istifadəçilər "Blippar" "biliklər qrafası"nda mövcud olan əşyalar, o cümlədən "obyektlər, anlayışlar və hüquqi şəxslər" haqqında informasiyanı əlavə etmək imkanı əldə edəcəklər.

Əlavə vasitəsilə 70 mindən çox ictimai xadimi, o cümlədən aktyor, siyasətçi, musiqiçi, müğənni, sahibkar, müəllif, idman ulduzu və alimi tanımaq mümkün olacaq. İctimai xadimlər, həmçinin əlavədə öz profillərini yarada biləcəklər.



Oxşar mövzular:
  • Yeni mobil proqram fövqəladə hallar zamanı doğma insanları axtaracaq
  • Fikri oxuyan qarnitur nitqində qüsurlar olan insanlara kömək edəcək
  • Votsapla pul oğurlana bilər?
  • Google Translate-də sinxron tərcümə olacaq
  • Android üçün yeni servis olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III