Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni “Nokia” telefonları təqdim olunub

  • Müəllif  Admin
Yeni


"Nokia” brendi üzərində hüquqa sahib olan Finlandiyanın "HMD Global” şirkəti "Nokia 150” və "Nokia 150 Dual SIM” mobil telefonlarını nümayiş etdirib. Şirkətin məlumatına görə, yeni aparatlar artıq 2017-ci ilin əvvəlindən etibarən 26  dollara satışa çıxarılacaq.

"Nokia 150” smartfon deyil, adi düyməli telefondur və 2.4 düymlük "QVGA” (240x320 piksel) təsvir ölçülü ekran, "FM” radio və mp3 pleyer, "Bluetooth”, işıq diodu işıqlandırıcısına malik "VGA” kamera, həmçinin yaddaş kartları (32 QB-dək) üçün "microSD” slotu ilə təchiz edilib. Çəkisi 81 qr-dır.

Akkumulyatorun tutumu (1020 milliamper/saat) 22 saat fasiləsiz danışıq üçün kifayətdir. Gözləmə rejimində bu müddət 31 gündür. "Nokia 150” telefonu 2.5G (900/1800 MHs) şəbəkələrinə qoşula bilir. Qurğunun yaddaşına klassik "Snake Xenzia” oyunu və "Gameloft” şirkətinin "Nitro Racing” yarış oyununun beta-versiyası yüklənib.

Finlandiyanın "HMD Global” şirkəti "Nokia” şirkəti ilə əfsanəvi brendi 10 illik müddətinə mobil telefon və smartfonlarda yerləşdirmək hüququnu lisenziyalaşdırıb. "Nokia” keçmiş top menecerlərindən biri Arto Nummela firmaya rəhbərlik edir.


Oxşar mövzular:
  • HTC Desire 626 satışa çıxarıldı
  • 320 QB yaddaşlı smartfon satılacaq
  • Yeni Samsung Galaxy Tab göstərildi
  • Nokia X2 smartfonu hazırlanır
  • Ascend P7 mini smartfonu göstərildi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    QSDaniel
           315245535
    Şərhləri: 1
     
    DavidVonse
           275344473
    Şərhləri: 1
     
    «     Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III