Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“iOS” üçün “Google Drive” proqramı “Android” sisteminə keçəndə məlumatları avtomatik köçürəcək

  • Müəllif  Admin


"Google” şirkəti rəsmi sayt bölməsini yeniləyərək "iOS” sistemindən "Android” əməliyyat sisteminə keçid üzrə təlimat yerləşdirib. Şirkət "iOS” üçün "Google Drive” əlavəsinə yeni funksiya - bütün kontaktlar, təqvim məlumatları və fotoşəkillərin "bulud” saxlancında ehtiyat surətinin çıxarılması imkanını əlavə etməyə hazırlaşır. Beləliklə, "Google Pixel” və ya digər "Android” sistemli qurğu alındıqda bütün məlumatlar hər əlavə üçün ayrı-ayrılıqda olmaqla saxlanılacaq. Köçürülmə əvvəlki müxtəlif əlavələr vasitəsilə bütün məlumatların əksinə yüklənilməsi zərurəti aradan qaldırılmaqla avtomatik baş verəcək.

Yeni funksiyanı menyuda "Backup” tab-vərəqəsində tapmaq mümkün olacaq. Yüklənmə prosesi smartfonda çoxlu məlumatın toplanması halında bir qədər vaxt tələb edə bilər. "Google”un məlumatına görə, bəzi hallarda prosedurun bir neçə saat çəkə bilməsinə görə smartfonu stabil "Wi-Fi” şəbəkəsinə qoşmaq tövsiyə edilir. Surətçıxarma prosesi ərzində proqram ekranda açıq vəziyyətdə olmalıdır.

Məlumata görə, lakin "Google Drive” köçürülmə zamanı sənəd və ya musiqi kitabxanasını saxlaya bilməyəcək. Buna zərurət  yarandıqda "iPhone”u birbaşa "Android” sistemli başqa smartfona qoşmaq olar.

"iOS” üçün əlavə yenilənməsi tezliklə "App Store” əlavələr mağazasında yerləşdirilərək yükləmək mümkün olacaq.


Oxşar mövzular:
  • Yeni mobil proqram fövqəladə hallar zamanı doğma insanları axtaracaq
  • Google Play-də 400-dən çox zərərli proqram var
  • İtən telefonları "Google"da tapmaq mümkün olacaq
  • “WhatsApp” çoxdan gözlənilən funksiyanı istifadəyə verəcək
  • Google Translate-də sinxron tərcümə olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III