Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Günəş batareyaları ilə örtülən yol istifadəyə verilib

  • Müəllif  Admin
Günəş batareyaları ilə örtülən yol istifadəyə verilib

Fransanın Turuvr şəhərində günəş batareyaları ilə örtülən dünyanın ilk avtomobil yolu hissəsinin açılışı olub. 

Açılış mərasimində ölkənin ekologiya, davamlı inkişaf və energetika naziri Seqolen Royal bildirib ki, avtomobil yollarının səthindən günəş işığının enerjisini elektrikə çevirən pannonun yerləşdirilməsi üçün istifadə edilməsi kənd təsərrüfatının aparılması üçün yararlı olan torpaqlara qənaət etməyə imkan verir.  

Dövlətdən 5 milyon avro məbləğində maliyyə dəstəyi alan layihənin 5 min sakinin məskunlaşdığı şəhərin işıqlandırılması üçün kifayət edəcək elektrik enerjisini hasil etməyə və toplamağa imkan verəcəyi bildirilir.
Nazirin sözlərinə görə, 2017-ci ildə təsdiq ediləcək Fransada "günəş yolları”nın inkişaf planı beşillik müddətə belə örtüyə malik min km yolun çəkilməsini nəzərdə tutur.

Qeyd edək ki, bir müddət əvvəl "Tesla” şirkəti Sakit okeanda yerləşən Tau adasını dizel generatorlarından günəş batareyalarına keçirib


Oxşar mövzular:
  • 2035-ci ildə Bakının əhalisinin sayı
  • Yeni texnologiya smartfonun işləmə vaxtını 7 günədək artıracaq
  • Yollarımız dəyişir
  • Google təyyarə buraxacaq
  • İlk dəfə olaraq bir insan Günəşin səthinə eniş etdi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III