Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“Ağıllı” eynək beyin impulslarını hesablayacaq

  • Müəllif  Admin


"Dior", "Fendi" və "Hugo Boss" kimi məşhur brendlər üçün çərçivələr yaradan "Safilo Group SpA" şirkəti özünü "ağıllı" eynəklər seqmentində sınamaq qərarına gəlib. Belə ki, İtaliya şirkəti növbəti ay internetə qoşulan eynək təqdim etməyə hazırlaşır. Klassik eynək görkəmində olacaq "Safilo" eynəkləri ötən il fəaliyyəti dayandırılan "Google Glass" layihəsindən fərqli olaraq kamera və displeylə təchiz edilməyəcək.  
Yeni məhsul əvvəlcə məhdud funksiyalar dəstinə malik olacaq. Eynək beyin impulslarını qiymətləndirərək sonradan bu məlumatları smartfon və ya planşet proqramlarına göndərə biləcək. Əsas ideya insanlara əhval-ruhiyyəni izləməyə, rahatlanmanın və düşünməyin nə vaxt lazım olmasını bilməyə imkan verməkdən ibarətdir. Şirkətin baş icraçı direktoru Luiza Delqadonun sözlərinə görə, "ağıllı" eynəyə yeni funksiyalar sonradan əlavə ediləcək.

Məlumata görə, gündəlik istifadə üçün nəzərdə tutulan "Safilo" eynəklərinin növbəti ilin yazında şirkət üçün ən böyük bazar hesab edilən ABŞ-da internet vasitəsilə satışa çıxarılması planlaşdırılır. Dizayn, rənglər və qiymət barədə ətraflı məlumat yanvarda keçiriləcək "CES 2017" sərgisində təqdim ediləcək. Eynəklərin tam potensialının əvvəlcə gündən qorunma, daha sonra görməni korrektə edən eynəklərdə tətbiq ediləcəyi gözlənilir.

"Safilo Group SpA" eynək sənayesində "Luxottica" və "Essilor" şirkətlərindən sonra üçüncü istehsalçıdır. Yeni texnologiyaların ona bazarda rəqiblərini geridə qoymağa kömək edəcəyi ehtimal olunur.



Oxşar mövzular:
  • Hava limanında Google Glass-dan istifadə olunur
  • Eynək istehsalı dayandırılır
  • Google Glass yenilənir
  • Google ağıllı eynəyi satmağa başlayıb
  • Bu eynək yorğunluqdan xəbər verir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III