Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gözlə idarə olunan smartfon hazırlanıb

  • Müəllif  Admin
Gözlə idarə olunan smartfon hazırlanıb


Çinin ikinci ən böyük smartfon və telekommunikasiya avadanlığı istehsalçısı "ZTE" şirkəti istifadəçinin göz bəbəyinin hərəkəti vasitəsilə verilən komandaları yerinə yetirən smartfon hazırlanmasını açıqlayıb.

Şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ön kamerada quraşdırılan xüsusi texnologiya sayəsində gözlərin hərəkətinə reaksiya verir. Qurğunun üst tərəfi onu asanlıqla divara bərkitməyə və ehtiyac yarandıqda çıxartmağa imkan verən xüsusi materialla örtüləcək.

Layihə iştirakçılarından birinin jurnalistlərə bildirdiyinə görə, yeni qurğu sayəsində istifadəçi əksər gündəlik vəziyyətlərdə həyatını asanlaşdıra biləcək (məsələn, bir əllə tutacaqdan tutmağın, digəri ilə telefonu saxlamağın lazım olduğu metroda). Bunun üçün virtual səhifələri dəyişməyə ehtiyac qalmayacaq və gözləri yalnız fırlatmaq tələb olunacaq.

Mütəxəssislər qeyd ediblər ki, hazırda yeni smartfon sınaq, eləcə də layihənin gələcək maliyyələşməsi ilə bağlı bir sıra detalların razılaşdırılması mərhələsindədir.

"ZTE" məhsulu ictimaiyyətə bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, "ZTE" şirkəti Çində həm dünya smartfon istehsalçılarından "Samsung Electronics", "Apple", "Huawei", həm də "Lenovo" və "Xiaomi" kimi yerli şirkətlərlə rəqabət aparır.



Oxşar mövzular:
  • “Ağıllı” eynək beyin impulslarını hesablayacaq
  • 2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər
  • “Ən təmiz” smartfonların adı açıqlandı - TOP-3
  • ® Samsung galaxy Note 7 – Böyük düşünən smartfon!
  • Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    KHAYYA`M
           Нет
    Şərhləri: 1
     
    Juniorkam
           Нет
    Şərhləri: 1
     
    «     Fevral 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728 
    Style I Style II Style III