Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Smartfonların dizaynı dəyişəcək

  • Müəllif  Admin
Smartfonların dizaynı dəyişəcək


Ötən ilin sonunda "Synaptics" şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni "Natural ID" barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən "CES 2017" sərgisində yeni texnologiyanı praktiki göstərib.  
 
Yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan - sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.
 
Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır.


Qeyd edək ki, "Synaptics" şirkətinin həllərindən "Apple" smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən "iPhone 8" modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.



Oxşar mövzular:
  • “Ağıllı” daraq saçların qayğısına qalacaq
  • Növbəti “iPhone” inqilabi olacaq - Tam şüşədən
  • Sensor ekranlar barmaq izini oxuyacaq
  • Tanış olun: iPhone 6S və iPhone 6S Plus - FOTO
  • Apple yeni patent aldı


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    QSDaniel
           315245535
    Şərhləri: 1
     
    DavidVonse
           275344473
    Şərhləri: 1
     
    «     Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III