Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Smartfondan nazik olan televizor təqdim edildi

  • Müəllif  Admin
Smartfondan nazik olan televizor təqdim edildi


Çinin "Xiaomi" şirkəti Las Veqasda keçirilən "CES 2017" beynəlxalq elektronika sərgisində "Mi TV 4" adlı yeni televizorunu təqdim edib.

Yeni məhsulun əsas özəlliyi çox nazik və çərçivəsiz korpusa malik olmasıdır. Televizorun qalınlığı cəmi 4,9 millimetr təşkil edir ki, bu da müasir smartfonlardan, o cümlədən "iPhone"dan daha nazikdir.
 
Yeni məhsul qeyri-adi konstruksiyaya malikdir. Audio blok, ana plata və qoşulma yerləri ayrıca təqdim olunur. Bu, onun üçündür ki, alıcı yeni televizoru almaq əvəzinə, bu yolla (TV Bar) öz köhnə televizorunu yeniləməyə üstünlük verə bilər.
 
"Bizim "ağıllı" TV yaradılması işində ən böyük innovasiyamız modul televizorların hazırlanması yoludur", - deyə şirkət nümayəndəsi Hüqo Barra bildirib.
 
Yeni televizorun qiyməti 2 min dollardan azdır. Bu isə öz analoqları ilə rəqabətdə "Mi TV 4"ə əlavə üstünlük verir.



Oxşar mövzular:
  • Üç ekranlı noutbuk yaradıldı - fotolar
  • “Ağıllı” eynək beyin impulslarını hesablayacaq
  • Google yeni Pixel smartfonunu təqdim edib
  • “iPhone 7”-nin maya dəyəri açıqlandı
  • 1 mm-lik ilk televizor


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III