Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni iPhone ən sürətli smartfon olacaq

  • Müəllif  Admin
Yeni iPhone ən sürətli smartfon olacaq


Tayvanın "TSMC" şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, "Apple" şirkətinin 2018-ci ildə təqdim edəcəyi "iPhone 8s" smartfon modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.

Mütəxəssislərin fikrincə, "TSMC" şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri "Intel" şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.

Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.

Şirkətin planına görə, 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamaq planlaşdırılır. Cari ildə "iPhone" istehsalçısı "Apple A11" istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı "Apple" şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.

Qeyd edək ki, "TSMC" ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. "Apple" şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.



Oxşar mövzular:
  • 2016-cı ilin ən güclü smartfonları məlum olub
  • Gözlə idarə olunan smartfon hazırlanıb
  • 2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər
  • “iPhone 7”-nin maya dəyəri açıqlandı
  • iPhone 5c-in istehsalı dayandırılacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III