Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“WhatsApp” messencerinə “GIF” şəkillərin axtarış imkanı əlavə edilib

  • Müəllif  Admin


"WhatsApp” messencerinin beta versiyasının son yeniləməsində "GIF” şəkillər üzrə axtarış funksiyası əlavə edilib. İndi mobil tətbiqdən çıxmadan "GIF” formatlı şəkillər əlavə etmək mümkündür. Bir ay əvvəl "WhatsApp” messenceri "GIF” şəkilləri dəstəkləməyə başlayıb, amma o vaxt yalnız konkret qurğuda saxlanılmış şəkilləri əlavə etmək mümkün idi. İndi isə "Giphy” kitabxanasından istifadə əlçatandır. Həmçinin əlavə edilən şəkillərin limiti (10-dan 30-dək) artırılıb.
Mətn sahəsindən solda yerləşən "Emodzi” düyməsi vasitəsilə "GIF” şəkillərin axtarışına başlamaq mümkündür. Açılan pəncərədə emodzi və "GIF” fayllar arasında keçid etmək imkanı mövcuddur. Sonuncu vərəq ən populyar "GIF” şəkilləri göstərir. Həmçinin açar sözlər üzrə "Gyphy” bazasında axtarış seçimi əlçatandır.

"GIF” şəkillər üzrə axtarış imkanı messencerin beta versiyasında (1.27.7) istifadəyə verilib, ancaq yaxın vaxtlarda bu funksiya messencerin sabit versiyasına əlavə ediləcək.


Oxşar mövzular:
  • “WhatsApp” çoxdan gözlənilən funksiyanı istifadəyə verəcək
  • Məncə Zövqlüdü ya Sizcə???))
  • Ad tapmadım..)){4}
  • Ad tapmadım..)) {2}
  • Qarışıq bax belə olar)))


  • Gerİ dön


    2 şərh


    • Balacam'ın şərhini oxuyanda fikirləşdimki görən nə dəyişiklikdiki belə başını ayağını tapa bilmiyib axşam məndə yenilədim və gördüm. Qətiyyən bu yeniliyi bəyənmədim. İnstagramdaki kimi story əlavə etməy var söhbətlər zənglərin yerləri dəyişib. Giflərdəki çox mənasız. Çox pis vəziyyətə qoyublar vatsapı. Birazdan yəqin "canlı yayın" yeniliyidə gələr:)Zəng,video zəng varıydı bəsiydidə bu story gif falan çox yersiz və lazımsız idi. Mümkünsə daha yeniliy əlavə etməsinlər:))

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1501
    • İCQ:


    • Men bugun yukledim yuklemeyimede 1000 defe pewman oldum...wh basini ayagini tapa bilmedim ...helede tapamiram


    • sen menim ozume elediyim en boyuk hormetsizliyimsen
    • Xəbərlər: 132
    • Şərhlər: 621
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III