Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“Nokia 6” bir dəqiqəyə satıldı

  • Müəllif  Admin


Çində "Nokia 6" ucuz smartfonunun bütün tirajı bir dəqiqəyə satılıb.

Bu barədə ixtisaslaşmış "PlayFulDroid" resursu məlumat yayıb.
 
Smartfonun təqdimatı ilə bağlı məlumat bir neçə həftə əvvəl baş tutub və Çində alıcılar arasında böyük ajiotaj yaradıb. Bir neçə dəqiqə ərzində "JD.com" onlayn mağazası yenil məhsula sifarişlərin qəbuluna son qoyub.

Finlandiyanın "Nokia" korporasiyasının rəhbərliyi ilk partiyada nə qədər mobil cihazın olduğunu bildirməyib. Resursun məlumatına görə, satışların başlanmasına bir gün qalmış milyondan artıq insan "Nokia 6" almaq üçün öncədən sifarişlərini qeydə alıb.

Mobil cihaz "SnapDragon 430" prosessoru, 5,5  düymlük "Full HD" ekranı, 4 GB daxili yaddaş, 64 GB əlavə daxili yaddaşla təchiz edilib. Arxa kameranın keyfiyyəti 16 meqapiksel, selfi obyektivinin həcmi isə 8 meqapiksel təşkil edir.

Çində "Nokia 6" smartfonun qiyməti 1 699 yuandır ki, bu da 454 manatın ekvivalentini təşkil edir.



Oxşar mövzular:
  • Nokia E1 modelinin texniki göstəriciləri sızdırıldı
  • Yeni “Nokia” telefonları təqdim olunub
  • Nokia X2 smartfonu hazırlanır
  • Ascend P7 mini smartfonu göstərildi
  • Nokia temalari


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III