Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

"WhatsApp"a çox pis xəbər

  • Müəllif  Admin
'WhatsApp'a çox pis xəbər


"WhatsApp" yenidən məhkəməlik olub.

Dünyada ən çox istifadəçisi olan ani mesajlaşma xidmətinə qarşı iddia qaldırılıb.

İddiaya görə, milyonlarla insanın istifadə etdiyi xidmət itifadəçilərinin şəxsi məlumatlarını - telefon nömrələrini qanunsuz olaraq "Facebook"da paylaşıb. Bunun üçün şirkət Almaniya İstehlakçıları Qoruma Birliyi tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, "WhatsApp" özü ötən il istifadəçilərin nömrələrinin "Facebook" ilə birləşdirəcəyini ictimaiyyətə açıqlamışdı.

Birliyin məlumatına görə, "WhatsApp" ötən avqust ayında istifadəçi və məlumatları qoruma maddələrini yeniləyib. Yenilənən maddələrlə isə qanunları pozub. Qurum "WhatsApp"ın bu şəxsi məlumatları istifadəçinin "Facebook" hesabı olub-olmamasına baxmadan paylaşdığını əsas gətirib və istifadəçi haqlarını qorumaq üçün iddia qaldırdıqlarını bildirib. "Hər bir istifadəçi öz şəxsi məlumatlarını istədiyi kimi istifadə etməsinə özü qərar verməlidir", - deyə iddianamədə qeyd edilib. 

Bu "WhatsApp"ın şəxsi məlumatlarla bağlı qarşılaşdığı ilk problem deyil. Daha öncə də Avropa Birliyi "WhatsApp"la bağlı xəbərdarlıq edib.

Təlimatda "Whatsapp"ın istifadəçi məlumatlarının paylaşılması ilə bağlı ciddi narahatlıq yaratdığı ifadə edilib. Qeyd edilir ki, "WhatsApp"a üzv olarkən qəbul edilən istifadə qaydaları və gizlilik siyasətində boşluq var. İstifadəçilər bu sistemə qoşularkən şəxsi nömrələrin yayılmasına razı olmaları barədə razılıq verməyiblər. 

Avropa Birliyi adıçəkilən şirkətdən bu məsələ ilə bağlı məlumat verilməsini istəyib. AB-nin şəxsi məlumatları qoruma qurumları gərəkli qanuni proseslər yerinə yetirilməsindən əmin olana qədər "Whatsapp"dan "Facebook" ilə istifadəçilərin mobil telefon nömrələrini paylaşmamasını istəyib.



Oxşar mövzular:
  • "WhatsApp" mesajları TƏHLÜKƏDƏ
  • Whatsapp istifadəçilərinə XOŞ XƏBƏR
  • WhatsApp-da YENİLİK: günün sonunadək... - FOTO
  • "WhatsApp"ın səs-küylü yeniliyi ilə bağlı İLK AÇIQLAMA
  • WhatsApp istifadəçilərinə daha bir xoş xəbər


  • Gerİ dön


    2 şərh


    • whatshapp da çox onemlı ve sexsi melumatları paylasmıram yenede ehtyat edın!


    • Elçin
    • Xəbərlər: 0
    • Şərhlər: 8
    • İCQ:


    • men her gun vatsapdan istifade edirem

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2022    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III