Anlamaq çətindir həyatın, sirrin,
O hər bir insanın ömrü qədərin,
Ağarır saçlarımın qarası bir-bir,...
Ötən günlərimi nə tez yaşadım...!
O çağlar şəkiltək qaldı divarda,
Döndü xatirəyə, solubdur orda,
Mən harda, uşaqlıq, harda,
Ötən günlərimi nə tez yaşadım...!
Hardadır üstünə qar atdıqlarım,
Qəlbində məhəbbət yaratdıqlarım?
Yadıma düşəndə unutduqlarım,
Ötən günlərimi nə tez yaşadım...!
Coşqunam, görünmür dünya gözümə,
Həyat da hələki gülmür üzümə
Nə vaxtsa deyəcəm özüm-özümə,
Ötən günlərimi nə tez yaşadım...!
O hər bir insanın ömrü qədərin,
Ağarır saçlarımın qarası bir-bir,...
Ötən günlərimi nə tez yaşadım...!
O çağlar şəkiltək qaldı divarda,
Döndü xatirəyə, solubdur orda,
Mən harda, uşaqlıq, harda,
Ötən günlərimi nə tez yaşadım...!
Hardadır üstünə qar atdıqlarım,
Qəlbində məhəbbət yaratdıqlarım?
Yadıma düşəndə unutduqlarım,
Ötən günlərimi nə tez yaşadım...!
Coşqunam, görünmür dünya gözümə,
Həyat da hələki gülmür üzümə
Nə vaxtsa deyəcəm özüm-özümə,
Ötən günlərimi nə tez yaşadım...!