Solaxay olmaq
hamı kimi olmamaqdı.
təəccübə təbəssüm ilə
gülümsəməkdir insanlara.
Solaxay olmaq
dağ çiçəkləri arasında
sapsarı günəbaxan çiçəyi kimi
bitməyə bənzər.
Ya da qızmar yay günündə
sərin hava gətirən
ağappaq buludların
köynəyini sıxmasına,
“bu nə yağış” – sevincinin
yaranmasına bənzər.
Bəzən də
solaxay adamın
əlləri toxunan işdən
möcüzə görünər,
heyrət çiçək açar
sağəllilərin gözündə...
Solaxay olmaq
Allahın seçimi,
ağılın,
könülün sol tərəfindən
hər şeyə baxmaq,
ot-ələfin,
dağın-daşın,
ağacların,
quşların dilini bilmək,
yol üstündə daş ömründə,
adam könlündə,
ağac şəklində bitməkdir.
Payız günündə
uçan durnalara,
tənha qərib yolçuya
sol əlin görünməyən
işığını göndərməkdir.
Solaxay olmaq
əməl dəftərini ürəyin hökmüylə
sağ mələk yazmış kimi dərk etməkdir.
Sol əl fərqli çalışar...
hamı kimi olmamaqdı.
təəccübə təbəssüm ilə
gülümsəməkdir insanlara.
Solaxay olmaq
dağ çiçəkləri arasında
sapsarı günəbaxan çiçəyi kimi
bitməyə bənzər.
Ya da qızmar yay günündə
sərin hava gətirən
ağappaq buludların
köynəyini sıxmasına,
“bu nə yağış” – sevincinin
yaranmasına bənzər.
Bəzən də
solaxay adamın
əlləri toxunan işdən
möcüzə görünər,
heyrət çiçək açar
sağəllilərin gözündə...
Solaxay olmaq
Allahın seçimi,
ağılın,
könülün sol tərəfindən
hər şeyə baxmaq,
ot-ələfin,
dağın-daşın,
ağacların,
quşların dilini bilmək,
yol üstündə daş ömründə,
adam könlündə,
ağac şəklində bitməkdir.
Payız günündə
uçan durnalara,
tənha qərib yolçuya
sol əlin görünməyən
işığını göndərməkdir.
Solaxay olmaq
əməl dəftərini ürəyin hökmüylə
sağ mələk yazmış kimi dərk etməkdir.
Sol əl fərqli çalışar...