Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“Eurovision”un rəsmi saytı Azərbaycan tarixini “ixtisar” edib

Müsabiqənin rəsmi saytında Qarabağ müharibəsi haqda heç bir məlumat yazılmadı.

Bir neçə gün öncə Gün.Az “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında Bakı üçün ayrılmış rubrikada paytaxtın tarixinin təhrif olunması haqda xəbər yaymışdı.

Gün.Az xəbəri ictimailəşdirəndən sonra həmin təhrifin aradan qaldırılmasına nail olmuşdu.

Bu dəfə isə həmin saytda Azərbaycan üçün ayrılmış rubrikada informasiya çatışmamazlığına təsadüf etdik. Belə ki, Azərbaycanın tarixi barədə guya təfərrüatlı məlumat yerləşdirən sayt nədənsə ən yeni tarixi, yəni Azərbaycanın hazırda müharibə şəraiti yaşadığını, 20% torpaqlarının erməni əsarətində olması barədə heç bir məlumat yazmayıb.

23 ildən artıqdır ki sürən elan olunmamış Qarabağ müharibəsi Azərbaycanın tarixi deyilsə, onda bəs nədir?

Bakı haqda gedən səhvi şərh edərkən buna səbəb kimi şəhərin Vikipediyakı səhifəsindəki səhv məlumatın yerləşdirilməsini göstərilmişdi. Hərçənd, http://az.wikipedia.org/wiki/Bak%C4%B1 ünvanında biz Bakının nə zamansa farslara məxsus olması barədə məlumata rastlamadıq.

Bunu nəzərə alaraq, biz Azərbaycan üçün ayrılmış Vikipediya səhifəsini də nəzərdən keçirdik. http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan səhifəsinə daxil olsanız görərsiniz ki, burada “Münaqişə - Qarabağ müharibəsi” adlı sərlövhəni görməmək mümkün deyil.

Belə olan halda bir neçə sual doğur: Azərbaycan tarixinin ixtisar olunması kimə lazımdır? İTV-nin cavabdeh şəxsləri bu məsələyə niyə nəzarət etmir və ən əsası, belə vacib məqamı necə gözdən qaçıra bilərlər?

 Azərbaycan – erməni təcavüzündən əziyyət çəkən, torpaqlarını itirən, 1 milyon əhalisi qaçqın düşüb yurdsuz qalan ölkədir. Bu elan olunmamış müharibədə qalibiyyət şansı əldə etmək üçün informasiya müharibəsindən, o cümlədən bu sanballı musiqi müsabiqəsindən məqsədyönlü istifadə etmək lazımdır.



Oxşar mövzular:
  • Yalanla yaşayan Ermənistan
  • Ermənistandan Azərbaycana qarşı şok “Avrovizion - 2012” - təxribatı
  • Azərbaycan tarixiylə bağlı yanlış məlumatlar 'Eurovision'un saytından çıx ...
  • 'Eurovision'un rəsmi saytında Azərbaycan tarixi təhrif edildi - FOTOFAKT
  • “YouTube”da Qarabağ TV yaradıldı


  • Gerİ dön


    6 şərh


    • tesekkurler xebercun

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • tewekkurler xebere gore

    • --------------------------------------------

    • Aysu
    • Xəbərlər: 23
    • Şərhlər: 1090
    • İCQ: 34333


    • xebere gore tewekkurler.

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • Pirates,
      teshekkurler xebere gore

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • yazilmaliydiki?


    • Ulfet
    • Xəbərlər: 0
    • Şərhlər: 9
    • İCQ:


    • teshekkurler xebere gore

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III