reklam
Windows üçün smartfon meneceri sınanır Windows üçün smartfon meneceri sınanır http://take.az/uploads/posts/2018-08/thumbs/1533531124_673243.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 6-08-2018, 12:00

Windows üçün smartfon meneceri sınanır

Windows üçün smartfon meneceri sınanır


"Microsoft" şirkəti "Android" sisteminin idarəetməsi altında işləyən smartfon və "Windows" sistemi ilə işləyən kompüter arasında faylların sürətli sinxronlaşdırılması üçün yeni "Your Phone" mobil proqramını sınaqdan keçirməyə başlayıb. Bu proqram vasitəsilə sadəcə faylları tutub çəkməklə onları bir qurğudan digərinə ani daşımaq mümkündür.

"Your Phone" mobil tətbiqi sayəsində smartfondakı şəkil birbaşa "PowerPoint" təqdimatına yerləşdirilə bilər. Daha sonra bir çox imkanlar əlçatan olacaq: məsələn, istifadəçilər mətn mesajlarını oxuya və onları cavablandıra, bildirişlər ala biləcəklər.

"Windows 10 Insider Preview" (17728) quraşdırmasının ilkin versiyasında "Your Phone" dəstəklənir. Hələ ki "Windows Insider" proqramının iştirakçıları sözügedən proqramı yükləyə bilərlər. "Android" platformasında (7.0 və yuxarı versiya) eksperimental tətbiq yaxın həftələrdə əlçatan olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 228 315 275 260 245

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.