Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bu ilki Eurovisionda nə istəsən var

Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision -2012» mahnı müsabiqəsində 21 dildə mahnı səslənəcək.
Azərbaycanın ev sahibi olduğu 57-ci müsabiqədə 42 ölkədən 21-i mahnısını ingilis dilində deyil, öz və qonşu ölkələrin dillərində təqdim edəcək. Hər bir ölkə mahnısını öz dilində ifa etmək istəyini “Eurovision” səhnəsində daha çox emosiya ötürə bilmək istəyi ilə əsaslandırır.


“Baku Crystal Hall”da və televiziya qarşısında müsabiqəni izləyəcək yüz milyonlarla tamaşaçı fransız, alban, ispan, yəhudi, udmurt, serb, alman, bolqar, xorvat, boşnak, sloven, island və digər dillərdə mahnıları dinləmək imkanı qazanacaqlar. Bu il Fransa təmsilçisi Anqun «Echo (You and I)» mahnısını fransız və ingilis, Finlandiya təmsilçisi Pernilla Karlsson “När Jag Blundar”ı isveç, Monteneqro təmsilçisi Rambo Amadeus «Euro Neuro» kompozisiyasını doğma dildə və ingilis dilində, Rumıniyadan olan «Mandinga» qrupunun üzvləri «Zaleilah»ı ispan və ingilis, Albaniya nümayəndəsi Rona Nishliu «Suus» mahnısını alban, Avstriyanı təmsil edən «Trackshittaz» qrupu «Woki Mit Deim Popo»nu alman, İspaniya təmsilçisi Pastora Soler «Quedate Conmigo» mahnısını ispan dilində ifa edəcək. Eyni zamanda Bakı səhnəsində İtaliya təmsilçisi Nina Zilli italyan, Rusiyanın «Buranovskiye babuşki» qrupu udmurt və ingilis, İsrailin «İzabo» qrupu yəhudi və ingilis, Serbiya təmsilçisi Zeljko Yoksimoviç serb, Portuqaliya təmsilçisi Filipa Sousa portuqal, Makedoniya təmsilçisi Kaliopi makedon-ingilis, Bolqarıstan təmsilçisi Sofi Marinova bolqar, Xorvatiya təmsilçisi Nina Badric xorvat, Bosniya və Hersoqovina təmsilçisi Maya Sar boşnak, Sloveniya təmsilçisi Eva Boto sloven, İslandiyanın Greta Salome & Jonsi dueti isə island dilində mahnı oxuyacaq. Türkiyə təmsilçisi Can Bonomonun «Love Me Back» mahnısında türk və Gürcüstan adından çıxış edəcək Anri Jokhadzenin «İ’m a Joker» kompozisiyasında gürcü dilində bir neçə kəlmə eşitmək mümkün olacaq. Azərbaycan, Böyük Britaniya, Latviya, İsveçrə, Yunanıstan, Moldova, Kipr, Danimarka, İrlandiya, Macarıstan, Niderland, Belarus, Malta, Ukrayna, İsveç, Slovakiya, Almaniya, Belçika, San-Marino, Litva, Norveç təmsilçiləri isə mahnılarını ingilis dilində ifa edəcək.
Mayın 26-da «Baku Crystal Hall» səhnəsində Azərbaycanı təmsil edəcək Səbinə Babayeva “When The Music Dies” balladasını ifa edəcək. Bu kompozisiyaya Alim Qasımovun ifasında muğam vurğuları da daxil edilib.



Oxşar mövzular:
  • Yunanıstan "Avroviziya-2012" mahnısını Azərbaycandan oğurlayıb - VİDEO
  • ?Youtube’ da ən çox izlənilən ?Eurovision’ mahnılarının adları açıqlandı - SİYAHI
  • Alim Qasımov ?Eurovision’dakı muğamdan danışdı
  • Ermənistan Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinə qatılaca ...
  • Azərbaycan “Eurovision-2011”in finalında [Photo's]


  • 5 şərh


    • tewekkurler,))

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • Tesekkurler Xebere Gore

    • --------------------------------------------
      Instagram : ilkin1995
    • İlkin
    • Xəbərlər: 10
    • Şərhlər: 2870
    • İCQ:

    • Rima
    • 2 aprel 2012 11:27
    •  

    • melumata gore tsk.


    • Xəbərlər: 0
    • Şərhlər: 100
    • İCQ:

    • HANDE
    • 2 aprel 2012 09:35
    •  

    • maraqli deyil yenede tesekkurler


    • HANDE
    • Xəbərlər: 1
    • Şərhlər: 1267
    • İCQ:


    • Eurovision olsun birce) xebere gore cox sagol

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    DarrellAmurb
           312851161
    Şərhləri: 36
     
    Lewishox
           265852511
    Şərhləri: 28
     
    Stevenbeeks
           211564613
    Şərhləri: 20
     
    Williambibly
           167162572
    Şərhləri: 1
     
    Timothyron
           275217178
    Şərhləri: 1
     
    proprocom
           165872161
    Şərhləri: 1
     
    Terxan
           552933183
    Şərhləri: 1
     
    TheronReism
           236468237
    Şərhləri: 1
     
    BryantDiree
           155313813
    Şərhləri: 1
     
    ElmergeT
           254746656
    Şərhləri: 1
     
    «     Oktyabr 2020    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III