Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Eurovision-2015: iki ölkədən verilən səslər ləğv olunub

  • Müəllif  Asef

Eurovision-2015: iki ölkədən verilən səslər ləğv olunub

 

Take.Az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Eurovision-2015 mahnı müsabiqəsinin təşkilatçıları yarışın final mərhələsində ifaçılara Çernoqoriya və Makedoniya tərəfindən verilmiş səslərin ləğv edildiyini bildirirblər.

Müvafiq qərar səslərin sayılması prosesinə nəzarət edən müstəqil PwC şirkətilə məsləhətləşmələrdən sonra qəbul olunub.
"Hər iki ölkədə finalçılara verilmiş xallarda yalnız televiziya tamaşaçılarının rəyi əks olunub", Avropa Yayım İttifaqının bazar günü dərc edilmiş məlumatında deyilir.
2009-cu ildən başlayaraq Eurovision-2015 müsabiqəsində iştirakçılara verilən xalların müəyyən edilməsində tamaçaçılarla yanaşı 5 peşəkardan ibarət münsiflər heyəti də iştirak edir.
Hər bir finalçı iştirakçıya ölkə adından verilən yekun xalda isə tamaşaçıların və münsiflər heyətinin rəyi bərabər əsasda 50%:50% qaydası ilə müəyyən olunur.
Çernoqoriya və Makedoniyadan verilmiş səslərin sayılmaması barədə qərar isveçli ifaçı Mans Zelmerlow-un müsabiqədə qələbəsinə təsir etməyəcək, çünki ikinci yeri yer tutmuş iştirakçının nəticəsindən qalibin nəticəsi 62 xal çoxdur.



Oxşar mövzular:
  • "Eurovision 2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi - FOTOSESSİYA
  • Vyana Eurovision-2015-ə start verməyə hazırlaşır
  • elnur sehneye 11-ci cixacaq
  • Polşanı “Eurovision”da əlil müğənni təmsil edəcək
  • Mehriban Əliyeva "Eurovision Bakıda" filminin və kitabının təqdimat məras ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III