Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Səmra Vətənə qayıtdı: "Yaraşmasaydı, geyinməzdim"

  • Müəllif  Admin
 

 


"Eurovision-2016" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Vətənə qayıdıb.

Onu Heydər Əliyev adına Hava Limanında pərəstişkarları, yaxınları və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Təyyarədən düşən kimi jurnalistlərin suallarını cavablandıran Səmra Rəhimli çıxışını belə qiymətləndirib:
 
"Azərbaycanımızı layiqincə təmsil etmək üçün əlimdən gələni etdim. Məncə də alındı. Nəticədən asılı olmayaraq hər şey çox əla oldu. Bu, musiqili yarışmadır, pozitiv yanaşmaq lazımdır. Orda olub, iştirak etməkdən zövq almaq lazımdır".

Səhnə geyimi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirəm Səmra qeyd edib ki, geyimində heç bir qüsur olmayıb:
 
"Bildiyiniz kimi ora Avropadır. Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşır. Yaraşmasaydı, geyinməzdim".

Sonda yarışmada ermənilərin təxribatlarına münasibət bildirən təmsilçimiz musiqi yarışmasına siyasətin qarışmasının qəbul edilməz olduğunu vurğulayıb:
 
"İstəməzdim ki, musiqi yarışmasına siyasət qarışsın. İnsanlar ordan pozitiv enerji almaq istəyir. İstəmirlər ki, stress alsınlar. Stress onsuz da həyatımızda var. Ümid edirəm ki, erməni təmsilçisinin həmin hərəkətlərinə qarşı tədbir görüləcək və onlar cəzalandırılacaqlar".
 
Məlumat üçün qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən "Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Ukrayna təmsilçisi, Krım tatarı Camala olub. "Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.
 
 


Oxşar mövzular:
  • Azərbaycanı "Eurovision-2016"da təmsil edəcək Səmra Rəhimli Maltada promo ...
  • Elnurum destek ucun tewekkur etdi
  • Elnur niyə məğlub oldu?
  • Eurovision təmsilçimiz: Çox həyəcanlıyam
  • Ermənistandan Azərbaycana qarşı şok “Avrovizion - 2012” - təxribatı


  • 1 şərh


    • Oz ishidi :)))

    • --------------------------------------------
      ♏Є?Ī♏ ЦĈЦ? ĦЄ¥Âƚ $Є?ÐЄ? ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III