reklam
Xəyalının bəxş ütdiyi xoşbəxtlik... Xəyalının bəxş ütdiyi xoşbəxtlik... https://take.az/uploads/posts/2018-10/1539272782_1488259_815068755172559_3775796350291407919_n.jpg
HASANLY

HASANLY Sevgi 9-07-2019, 12:41

Xəyalının bəxş ütdiyi xoşbəxtlik...

Xəyalının bəxş ütdiyi xoşbəxtlik...
Gözlərimdən axan yaşları, sənin üçün aldığım qızılgüllərin ləçəyindən ayıra bilmirəm artıq..
Vaxt vardı o qızılgüllərin sahibi vardı, xoşbəxt idilər, indi yetim qaldı o güllər..
Qəribədir..
Çürük meyvələr verir ağaclar,
Artıq təzə qırılan qəlbin kədərini satırlar yarmarkalar..
Küçələrin bəzəyi olub jarqonlar, şeirlərimiz naxoşluyub..
Hər şey bir-birinə o qədər bənzəyir ki..
Hər kəs sanki sənin ətrindən istifadə edir, hər kəs sənin kimi baxır sanki..
Ölülərlə yaşayanlar arasında fərq yoxdur,
Dəbdəbəli məzarlarımıza ayaq basıb,
Eyni otağın içində görə bilmirik heç kəsi..
Gülən üçün dəsmal, ağlayan üçün zərbə dünyasıdır
Bircə səni ayıra bilirdim hər şeydən,
Amma o qədər bənzəyir ki,
Yoxluğun, varlığına..
Dizlərimdə yuxuya gedən, saçlarını sığalladığım xəyalın, həqiqi cismindən fərqsizdir..
Sən gedəndən bəri, hər şey bir-birinə o qədər bənzəyir ki..


Müəllif:
Rüfət Hüseyn

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 308 323 346 331 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.