reklam
Lənkaran sakinləri sosial yardım ala bilmir Lənkaran sakinləri sosial yardım ala bilmir http://take.az/uploads/posts/2017-03/1489218499_69205.jpg
ADMiN

ADMiN Xəbərlər / Azərbaycan 11-03-2017, 11:47

Lənkaran sakinləri sosial yardım ala bilmir

Lənkaran sakinləri sosial yardım ala bilmir


Regionlarda yaşayan aztəminatlı ailələr iki aydır ünvanlı dövlət sosial yardımı ala bilmirlər. “Bizim Yol”a müraciət edən bir qrup Lənkəran şəhər sakinləri belə deyir. Onların sözlərinə görə, sosial yardımın dayandırılması ailələri çıxılmaz vəziyyətə salıb: “Aldığımız yardımla ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik”.

Bankomatlara yaxınlaşan vətəndaşlar hər dəfə hesaba pulun köçülmədiyinin şahidi olurlar.  Vətəndaşların müraciət əsasında Maliyyə Nazirliyinə göndərdiyi informasiya sorğularına cavab verilməyib. Məlumata görə problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Belə ki, ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini adıçəkilən nazirlik təmin etməlidir.

Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.

Həmçinin sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 nömrəli Qərarı ilə "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası" təsdiq edilib.

Ramid İBRAHİMOV

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 281 317 304 308 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.