Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


.....Uşaqlığın Tanrısı.....

  • Müəllif  H.L

 

Qapının səsi otaqda vahiməni daha da artırırdı...Bayırda soyuq külək vıyıltısı
Və tənhalığın müthiş ehtirası gəlirdi bir kiçik fonda zərif melodiya...və külqabısı dolu Siqaret...bu gün hər şeyi silib düşünürdü...Dəyərli nə var??
Bakının günəşi otağa işıq verib Qocanın ruhuna toxunurdu qocanın ağlında bir şey var idi Dəyərli nə var ki??Dost pul ailə??
Səmimi qəlblər həmişə daha həssas olur və daha çox çəkilir dar ağacına...Qəddar olmaq üçün nə lazım idi ki??Bəlkə biz gedəcəyik və illər sonra qayıdanda.......nə isə bilmirəm...
Qoca ətrafına baxıb bir şeyi düşünürdü mən güclüyəm yoxsa zəif..?Dəyərli birimi bunu edər yoxsa nəyi ??bilmirəm yenə növbəti siqareti söndürüb külqabida əzdi ..və deyinə deyinə səndə axirda Bir toz dənəciyi olacaqsAN Napaleon...
Piano arxasinda...Lunnaya sonra rekviem çalinir və qocanın düşüncələri birə beş artırdı mən kiməm lənətlənmiş ya müqəddəs insan??
Tanri varmı cənnət cəhənnəm alın yazisi altinda olan uydurmamı yoxsa???bizim iradəmiz varmı??yoxsa biz sadəcə bir oyunca ...76 yaşlı bir oyuncağammı mən.....Bilmirəm...Həyata uzaqdan baxanda necə sakit axarla keçdiyini cavanlıqda heçnə edə bilmədiyini və sonda bir dahimi yoxsa bir cahilmi qocamı yoxsa oyuncaqmı anlamırsan...Qocalar niyə ağlayır????
Kitab rəflərində olan toz basmış kitablar biz bunu oxuduq hə qoca??bir  işə yaradımı heç olmasa yoxsa sadəcə oxumaq yaxşıdır deyib oxuduq...bilmədim ki qoca
......bir psixoloq var idi...qocaya qarşı marağı olan ...və qocanı anlayan bir iki insanda biri...ən əsası çox danışmazdı həkim...Vaxt keçdikcə qocanı daha yaxşı anlayırdı...bir sual qalmışdı həkimin beynində...Qoca hər dəfə soruşurdu..

 


---Həkim xoşbəxtsənmi??

 

 

Həkim əvvəllər bu sualı eşidəndə gözlərini qaçırardı....nə yalandan yaxşıyam,xəşbəxtəm demək istiyərdi...nə də bunu üzə çıxarmaq...Ama indi başqaydı...baxışlarındakı qətiyyət,gülüşündəki təbiilik,düşüncələrindəki pozitivlik....onun bütün jest,mimika – bədən dili xoşbəxtliyinə işarə idi...təkcə bir şey vardı : gözlədiyi...Gözləməkdən heç usanmadığı...qocanın bilmədiyi....Gözləri hər uzağa daldıqca bir şeyləri...birini gətirirdi sanki...

----- Qoca..nolub yenə gözlərin divara zillənib....yenə nə düşünürsən?

Bilirsən ...həkim...bizdən başqa varliqlarda var...mən ona inanıram hərdən elə olur ki məsələn birir dostunu düşünür...və həmin anda dostu ona zəng edir və yaxudda qapini döyür..qəbul olunmayan qanunlar daha çox güclüdü...Dünya sadə deyil həkim ..sadə olsaydi Onu Tanri idarə etməzdi....onlar nə mələkdi nə şeytan bilmirəm ..ama bilirəm ki var...

---- Bu yaşa qədər çox şey görmüsən...çox şeyin şahidi olmusan...hərə sevgini bir cür təsvir edir...səncə sevginin mayası nədi?....bağlılıq,ehtiras yoxsa hörmət....ilk yoxsa son olmaq önəmlidi sevgidə?...səndə iz qoyan hansıdı?

Yox elədə çox görməmişəm..hələ görmədiklərim dəfələrlə çoxdu..bu sevgi çox qəribə bir şeydi...mən inanmıram ki cənnət və yaxudda cəhhənnəm var bir qizin zorlanması elə qiz üçün ən böyük cəhənnəmdi...və yaxudda bir qadının ana olmağı elə cənnətdi...və həmin uşağın meyidin görmək ana üçün ən böyük cəhənnəmdə...yəni insanın daxilində olan yanğı daha güclüdü...Sevgidə elədi..mənim üçün sevgi yox həsrət yadda qalib ..çünki həsrət daha çox yandirir adamı...ona çata bilməmək var...Sevib xoşbəxt olanlar çox azdı ...birini nə qədə çox sevirsən sə deməli sən sevilmirsən..əlbəttə ehtirasda olmalidi....ehtiras daha uzun vı güclüdü sevgidən...sevgidən ehtiras doğar...ehtirasin nəticəsində dünya əhalisi....

---- 21-ci əsrin gəncləri...darbalaq şalvar,yalın ayağa makasin...dəbə ayaq uyduran "kişilər”....soyunmağı avropalaşma sanan qızlar....siz qocaların diliylə desək "zəmanə uşaqları”na baxış mövqeyin...bunun sonu hara gedir...

Bunun sonun özləri bilir)))döyüşün ortasında Koroğlu ozanı götürüb mahnı oxuyursa...yəqin indinin koroğlularıda..sərhəd bölgəsində müharibə gedə gedə selfie zad çəkdirir...dəyişən bir şey yoxdur....sadəcə texnologiya inkişaf edir....Yəni bu nə Da Vinçinin günahidi , nədəki Lev Tolstoyun...Təkəbbür yixdi evimizi..

---- ....yaşın üstə yaş gəldikcə...İllərin tozu üzərinə hopduqca...səndən bir şeylər azalır ya...?qorxudurmu səni qocalıq?...İndiyə kimi yaşım artdıqca sevinərdim...axı "böyüyürdüm”...böyümək yaşla deyil...yaşadıqların nə qədər ağırlaşarsa o qədər böyüyərsən...mən 5 il öncədən böyümüş imişəm....sonrası yalnız rəqəmlər dəyişirdi... yaş 20...və mən nəinki böyümək...yaşlandığımı düşünürəm...20dən sonrası 30a doğru çox sürətlə irəliləyir...dayanmadan...əsas bu illərdi məncə....bu müddətdə həyatın üçün,özün və gələcəyin üçün bir şey etdin etdin...yoxsa burax getsin...bu həyat sənin deyil....

Yoo bir uşaq gəzməyə başlayanda əvvəlcə iməkləyir..sonra yıxılır birinci yıxılmada ağlayır sonrakılada artıq Gülür))Yəni vecinə olmur...və yaxudda əlinin bir barmağı qanayır sona üstün qabıq bağlayır ama həmin hissə o birilərə nisbətən daha bərk olur..həyatin mənası budu..İnsanoğlu lənətlənmişdi....biz mələk deyilik nəinki şeytan..

---- bir gün öz həyatını yazıya töksən...bir kitab yazsan...adı nə olardı?...həyatını qısaca necə ifadə edərdin...

Bir kitab yazsaydım adın Uşaqlığın Tanısı...qoyardım..çünki uşaq olanda çox sevirdim çox...ancaq böyüdük...və Tanri əlini üzür bizdən get gedə..və sonda heç vecinədə olmur kim bizə lazimdi ya yox...verdiyini tez alır...Biz ki Tanrini çox sevmişdik...heç belə bir şey yazardım...Bir yaz günündə ağladım və doğuldum...bir qış günüdə öldüm və ağlatdim...300 il sonra bir toz olub tapdaq altda qaldim...bax budu insan həyatı hər şey dəyərsizdi....heç nəyin dəyəri yoxdu

---- Tanrıya qarşı üsyanlar....hərçəndki Rəbbim üsyan edənləri sevmir...çünki insan varlığı hər arzuolunmaz şəraitdə günahı özündə,ətrafında axtarmaz...

Bizim yaradılmağımız özü belə bir günahdı...bu dünyada nə təbiidirsə o günahdı...Biz doğulanda Zaradan pencəklə doğulmadıq...çılpaq göndərdi Tanrı bizi...ama burda brend üzərində qırğin düşdü...mən çox axtarıram hərdən bu kiçik beynimlə ki Bəs Tanrı hara baxır...çox dərinə getdikcə...hiss edirəm ki heçnə düzgün deyil..Bəlkədə düzgündü mən artislik edirəm...Bilmirəm...ancaq nə var nə yoxdusa da ..HƏTTA DÜŞÜNÜRƏM Kİ BU TANRI BU DÜNYANI UNUDUB ...BƏLKƏDƏ PEŞMAN OLDU Tanrı bizi yaratmağımıza bəlkədə bu boş boğazlıqdan başqa bir şeyil yəni bilmirəm qərarsızam..

 

 

Təqdim etdi: Franz Kafka & H.L



Oxşar mövzular:
  • İnanma Güvənmə..Mənə...Danışdırma soruşma məndən heçnə(V HİSSƏ-maraqsızdı o ...
  • Şizofren
  • Tanrım bağışla yenə üsyandayam
  • Qısa bir yol...
  • Mən hər yerdə özümü yadplanetli kimi hiss edirəm


  • Gerİ dön


    13 şərh


    • Super canim ellerine sagliq


    • Xəbərlər: 23
    • Şərhlər: 1156
    • İCQ:

    • ELEN))
    • 19 noyabr 2014 12:36
    •  

    • artiq her sey adilesib...H.L bacimin yazdigi bu cumleler cox xosum geldi...---- 21-ci əsrin gəncləri...darbalaq şalvar,yalın ayağa makasin...dəbə ayaq uyduran "kişilər”....soyunmağı avropalaşma sanan qızlar....siz qocaların diliylə desək "zəmanə uşaqları”na baxış mövqeyin...bunun sonu hara gedir...
      hardan bildim H.L yazib...cunki onu cumleleridi cox eminlikle deye bilerem...yazi cox gozel yazidi...dialoqlar insana esl heyati basa salir...Franz Kafka uzun muddetdi sayta girmirdim...geldikde bir yazisini oxudum coooooooox beyendim...demek olarki butun yazilarini oxumusam...neyse...bir sozle yazi cox gozeldi...amma serh sayi cox azdi...bu qeder eziyyet bu qeder serh ne bilim...siz davam edin yazmaga serhlerin azligi sizde ruh duskunluyu yaratmasin ...oxuyan tapilar...tesekkurler...ikinizede...

    • --------------------------------------------
      Sənin hərisliyin mənim biraz tərsliyim var..Sənnən öyrəndiyim yalanlardan dərsliyim var.Boğulanda gözyaşlarinda bilki gəlirəm qarşına.Mən unutmadım olanları, nifrətimə görə bağışla...

    • ELEN
    • Xəbərlər: 114
    • Şərhlər: 1361
    • İCQ:


    • Tanrı bizi yaratmağımıza bəlkədə bu boş boğazlıqdan başqa bir şeyil yəni bilmirəm qərarsızam..
      maraqli idi twk

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Sitat: Franz Kafka
      Bilirsiz bu neye oxşayir?Sarişinlar gözəldi yoxsa əsmər??və yaxudda oğlan uşağı yoxsa qiz? Baxın belə bir mövzu...dinlərin heç birində deyilmir ki...vurun öldürün...

      Maraqlidir fikrleriniz.
      Men biraz cox sual verenem,maraqlandigim movzularla bagli.Yeni nese oyrenmeyi sevirem.Sizin yazdiglarinizdan,nelerse gotureceyime umid edirem.Hetda,oyrendim bir iki melumat.Tesekkur edirem

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • Yəni üç dinin hər birində Tanriya sevgi var...Tək tanriya onda bu dinlər nəyə lazimdi?
      Indi aydindir deyesen.Basa dusdum sizi.

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • Sitat: Franz Kafka
      Tanrinin varligina????Sizin kimi inanmiram ...Yeni men bele düşünürəm bəlkədə səhv edirəm...bilmirəm...Əgər Mən tanrini sevirəmsə..bu içdən etməliyəm Nəsimi demişkən Tanri vicanimizda gizli...Səcdə edib sonra vicdansizliq etmək..olmaz...Mən Tanrinin var olmağına inaniram...yəni qəlbən inaniram inanmaq üçün nəsə etməli deyiləm...hər gecə olmasada hərdən bir gecələr danişiram ...vicdanimla baş başa qalib sorğu sual edirəm..və bütün səhvlərimi etiraf edib yüngülləirəm və bağışlanması üçün dua edirəm...o biri dünyaya inanmiram ...məncə yoxdu..yəni cənnət vəd edib Tanrini sevmək sadəcə saxtakarliqdir


      Yox fikirlerinizde qeyri-qetilik var.Tanrinin movcudluguna hem inanir,hem inanmirsiz.Dinin bir nece esrden sonra butperestliyin sonu kimi olacagini fikirlesirsiniz.Fikirlerim qarisdi uzunmuzakire gece vaxti birvteher etdi.Esas odu Tanri var ve bizi yaradan var.Nece olsa inanib sevmeliyik.

      Sitat: Franz Kafka
      yeni mende onu deqiq bilmirem ancaq insanlardan başqa varliqlarda var

      Yegin ruhumuzdu))gece gece yaman qorxdum)))

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • qebul etmeliyikki gözə görünməyən varliqlar daha çoxdur..və güclüdür...
      Yeni?xeberdede bu cumle var idi,tam derk ede bilmedim ne ve ya kim nezerde tutulur.

      Dahilər sonda çox vaxt intihar edir...görəsən dahi zəif olub intihar edirmi yoxsa bu dünyani qəbul etməyib öz güclünü göstərir və intihar edir yəni sonda xaosdur hər şey...
      Her ikisi mence..Hem zeif,hem guclu.Neye gore ikiside yegin melumdu

      İncik deyil sadəcə hər şeyin dəyərsiz oldugunu insanin sadece o biri dünya üçün bir oyuncaqmi deyim bir ləvazimatmmi deyim...yəni bu bir testdir sadəcə uğur zad bunlar başqatmaq üçündür...bu da oyunu daha da maraqli edir ...
      Tanrinin ve axiretin movcudluguna inanmirsiniz?

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • Franz Kafka--serhiniz niye kril elifbasina cevrilib.Biri var tercume ola,biri var elifba deyise ?Oxuya bilmirem

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • maraqli yazidi saol paylawdiguncun

    • --------------------------------------------
      Никогда не убивай ребенка внутри себя! Не убивай....чтобы каждый раз, когда упадешь, ты смог сказать: "А мне не больно!"
    • Xəbərlər: 181
    • Şərhlər: 908
    • İCQ:


    • Dəyərli nə var ki??Dost pul ailə??


    • Leyluş
    • Xəbərlər: 18
    • Şərhlər: 161
    • İCQ:


    • Qeribedir her zaman biz dostlug,sevgi ve s bu kimi saf hissler yoxdur deyirik.Ekseriyyet yeni,amma ilk.once deyerli olan nedir dedikde bu munasibetler,hissler gelir aglimiza.Demekki var helede sadecedogru zaman,dogru insan ve dogru qerar bize rast gelmeyib.
      Qocalig gozeldir,o yasa catmag ferqi yoxdur nece olur olsun,meqsedli-meqsedsiz,nailliyyetsiz,kimsesiz,tenha esas o gozelliyi,o qocalig hissini yasamag nesib olub.Tanri insani yaradir ve heyatin avusuna buraxir.Insan ozu bir mocuzedir,dusunende ne qeder mocuzevi varlig oldugumuzu gorerik,deyerimizi,deyerini bilsek bu varligin..Tanri budu,biz ozumuz subut edirik ki,Tanri var.Axiret var.Herden mendede olur deyirem bu qeder haqsizligi Tanri niye gormur?Hardadir Tanri?o olsaydi bular olmazdi..Elbettde sonra dusunurem,her seyin bir zamani var.O her seyi gorur..Bizi yatadi axi nece bir qan damlasinnan mocuze yarandi bir bethnde neye gore inanmayim Tanrinin varligina?Haqqim yoxdur.Dusunmeye bele..

      Hekime 1-ci sual xosbextsenmi?
      bədən dili xoşbəxtliyinə işarə idi...təkcə bir şey vardı : gözlədiyi...Gözləməkdən heç usanmadığı...qocanın bilmədiyi....Gözləri hər uzağa daldıqca bir şeyləri...birini gətirirdi sanki...

      Ne qederki yasayirig,her zaman neyise, kimise gozleyirik.Baxmayaragki her sey var yanimizda elimizde,amma sexsen mende her zaman nakamam sanki.Sukur her seye,amma ozumde bilmediyim bir varligi,o tessevur bele etmediyim neyisee belkede hissleri gozleyirem.Yasadigca,yasim artdigca ona yaxinlasiram saniram.Boyuyurem..
      Qocanin fikrleri ne maraqlidir..Bir kitabda oxumusdum,bu bir ferziyyedi duzu qebulolunmaz,amma deyilirki,birini ne qeder cox dusunersen,oda seni dusunurem.Elaqe yaranar arada.Qocanin buna benzer fikri maraqlidi.Elbettde,dunya sade deyil.Bizi kimi varliglar ve Tanri kimi idareci varken..
      səncə sevginin mayası nədi?....bağlılıq,ehtiras yoxsa hörmət....ilk yoxsa son olmaq önəmlidi sevgidə?.

      Sual cox gozel cavablandirilib..Sevgi her 3-du ve artigidi.Hertereflidi.Ehtirassiz bir sevgi solgundur.Sevgiden qocada yaralidir deyesen))Duz deyir birine ne qeder cox sevgi,cox diqwet verirsen o qeder seni mehv edir.Sonda bu hisslerin kimin ucun olduguna heyran qalirsan..
      Sotunmag avropalasmag deyil elbettdeki,insanin ne veziyyetde oldugunu onun gorkeminnen libasinnan mueyyen qeder bilmek olur.Esas exlaq,medenniyyet,insaniyyet soyunmasin..
      Bezen baxirsan bir balaca,heyatin helede cox uzunu gormediyini sandigimiz usag ele sozler deyerki,hisslerini ele ifade ederki,meettel qalarsan.Duzdur,yasadiglarimiz yasimizi mueeyyenlesdirir,olqunlasdirir..
      Heyat acimasiz bir oyundu,guclu olan qalib gelir.Guc iradede,dusuncede her bir seyde olmalidir.Yixildin durmalisan,vuruldun vurmalisan.Heyat budu,acimayasan gerek.Tebii,sonra vicdanin seslenmese..

      bax budu insan həyatı hər şey dəyərsizdi....heç nəyin dəyəri yoxdu
      Ne incik qocadi.Eslinde hardasa duz deyir,dogulurug,boyuyuruk,yaslanirig ve sonra topaga qarisib hec oluruq.Bes hec olana qeder bize verilem muddetde yasadiqlarimiz?etdiklerimiz?hec deyerinyoxdurmu bularin?elbettde var.Hec kim,hec ne deyersiz deyil.Usag vaxti niye her seye xosbext ola bilirdik,cunki pislikler,insaniyyetsizlik gore bilecek yasda deyildik.Bizi 2 melek qoruyurdu pisliklerden..Ata ve Ana
      Tanriya qarsi usyanmi...En cetin veziyyetde bele o hala dusmerik insAllah.Bize varlig verene,bizi yaradanami.InsAllahki hec vaxt..Tanrini sevirem ve inaniram her zaman etrafimizdadi,belkede yoxdu bilnirem.Amma bizi yaradan var..Yaradilisimiz gunah deyil,bir mocuzedir...
      Yaziniza soz yox..

      Yeginki,Qoca-Franz Kafka...Hekim-H.L'dir..

    • --------------------------------------------
      ....bayraminiz mubarek)))
    • Aida
    • Xəbərlər: 15
    • Şərhlər: 251
    • İCQ:


    • bu gunlərdə oxuduğum ən möhtəşəm yazı..qocanın fikirləri mənə birini xatırlatdı..)
      bax budu insan həyatı hər şey dəyərsizdi....heç nəyin dəyəri yoxdu
      hərşeyi dəyərsizləşdirəndə elə biz özumuz oluruq..nə verilən dəyəri vaxtında başa duşuruk nədə verdiyimiz dəyəri ala bilirik.çox möhtəşəm yazıdı..H.L bacım ,və Franz Kafka ikinizədə sonsuz təşəkkurlər..) 04 42 58 58

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:

    • H.L
    • 18 noyabr 2014 21:30
    •  

    • Nehayet,profilimde gormeyince silindi sandim...

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III