Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş caz festivalının açılışı olub

  • Müəllif  Asef

 

Bu gün İçərişəhərdə Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə "Vaqifsayağı” caz festivalının açılışı olub.

APA-nın məlumatına görə, saat 18:00-dək davam edəcək festivalda ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər iştirak ediblər.

Tədbirin aparıcısı Rahib Azəri Vaqif Mustafazadənin adından festival iştirakçılarına müraciət edib, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

R.Azəri bildirib ki, festival "İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Gilan Holdinq”in baş sponsorluğu ilə keçirilir: "Bugünkü festival digər tədbirlərdən fərqlənir. Bu gün Vaqifin xatirəsinə hörmət əlaməti olaraq "İçərişəhər” metrosunda, "AZAL”ın daxili reyslərində və bir neçə radioda Vaqif Mustafazadənin musiqiləri səslənəcək. Festivalın ərsəyə gəlməsində bizə kömək edən bütün xeyirxah insanlara təşəkkürümüzü bildiririk. Müraciət etdiyimiz yerlərin heç birində "yox” kəlməsini eşitmədik. Bu yağışlı, soyuq havada siz Vaqifsevərlər burdasınızsa, deməli, Vaqif Mustafazadənin özü də bizim aramızdadır, onun xatirəsi, musiqisi bizim qəlbimizdə yaşayır”.

Festivalda ölkənin tanınmış və gənc caz ustaları iştirak edir, musiqi nömrələri ifa edirlər. Tədbirdə caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara təqdim edirlər. 



Oxşar mövzular:
  • Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq...
  • Nadir Vaqif Mustafazadəyə həsr olunan klipi təqdim etdi
  • Fanta gənclik festivalı ilk dəfə Bakıda
  • Azərbaycanda yüksək vəzifə tutan ermənin ADI
  • Festival Bodi-Art | 47 Photo |


  • Gerİ dön


    2 şərh


    • Nə gözəl...tşk


    • Xəbərlər: 0
    • Şərhlər: 21
    • İCQ:

    • google
    • 16 mart 2015 15:45
    •  

    • xeber ucun tewekkurler.

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Avqust 2022    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031