Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


GÖZÜMÜ YUMURAM SƏNİ GÖRÜRƏM

 

Gözümü yumuram, görürəm səni
Vaxtında doyunca baxmadım sənə
Ya sən ürəkdən sevmədin məni
Ya da mən biganə yanaşdım sənə.

Ani bir qasırğa ayırdı bizi
Əlini qopardı mənim əlimdən
Sovrulub silindi sevginin izi
Get sözü daş olub düşdü dilimdən.

Gözümü yumuram, görürəm səni
Həmən o dodaqlar, həmən o gözlər
Ya sən ürəkdən sevmədin məni
Ya da öz sehrini itirdi sözlər.

Günəş tək qüruba çəkildi, itdi
Sanki buludlar gizlədi ayı
Bir səhər başlayıb, bir gecə bitdi
Heç kəsə qalmadı məhəbbət payı.

Gözümü yumuram, görürəm səni
Həmən o sözləri eşidirəm mən
Ya sən ürəkdən sevmədin məni
Ya da sevgini görmədin məndən


 



Oxşar mövzular:
  • Bəzən..
  • Günü basdıran Ümid-sizlik...Ayı sevdirən Ümid-Lər
  • Sevmək..
  • Külək
  • ....adsızdı


  • Gerİ dön


    3 şərh


    • Gozumu yumuram oz OKUZUM yadima duwur. Cox sagol weirler superdi


    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ:


    • Təşəkkürlər qəşəng şeirə görə

    • --------------------------------------------
      Ən acı verən şey onu başqasıyla gördükdən sonra hələ də sevməyə davam etməkdir
    • TəRaNə♥
    • Xəbərlər: 0
    • Şərhlər: 624
    • İCQ:

    • google
    • 5 aprel 2015 12:56
    •  

    • Ani bir qasırğa ayırdı bizi
      Əlini qopardı mənim əlimdən
      Sovrulub silindi sevginin izi
      Get sözü daş olub düşdü dilimdən.
      04 tewekkurler.

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III