reklam
"Whatsapp"da YENİLİK: Səsli mesajlar mətnə çeviriləcək "Whatsapp"da YENİLİK: Səsli mesajlar mətnə çeviriləcək https://take.az/uploads/posts/2023-05/1683010838_download-1.jpg
ice berg

ice berg Programlar 3-05-2023, 08:12

"Whatsapp"da YENİLİK: Səsli mesajlar mətnə çeviriləcək

"Whatsapp"da YENİLİK: Səsli mesajlar mətnə çeviriləcək
Dünyanın ən populyar mesajlaşma platforması "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirib.

LoaDinG.aZ xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya istifadəçiyə lazım olanda işə salınacaq digər hallarda isə deaktiv edilə biləcək. Yenilik tətbiqin 23.3.0.73 beta versiyasında təqdim edilib.

Yeni funksiya nəticəsində "WhatsApp" istifadə edənlər səsləri dinləmədən mətn halına çevirərək görə biləcəklər.

Məlumat üçün bildirək ki, "WhatsApp"ın səsli mesajları mətnə çevirmək funksiyası ilk dəfə 2021-ci ilin payızında yaradılıb, lakin iş naməlum səbəblərdən dayandırılıb. Tərtibatçılar yenidən bu funksionallığı sınaqdan keçiriblər.

"WABetaInfo" ekspertləri vurğulayırlar ki, səsli mesajların mətnə çevrilməsi yalnız mobil versiyada olacaq və bu məlumatı həmsöhbətlərdən başqa heç kim əldə edə bilməyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
213 231 231 228 234 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.