Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


NİYƏ ANA??

NİYƏ ANA??

 

Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?

Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə bu qədər sevirsən məni?

Gəncəm... “gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Mən də sevdim səni... Amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım... Hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün... Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...

İndi yoxsan yanımda... Səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!

Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana!

Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!!!



Oxşar mövzular:
  • Səni sevdiyim üçün üzr istəyirəm!
  • StAtUsLaR
  • Darıxıram gəl !!!!!!!
  • Səni sevdiyim üçün üzr istəyirəm! ♥
  • Sevirsən, görəsən?


  • Gerİ dön


    11 şərh


    • Shekili Balam ureyim xeber ela... Cox tesir eledi.. Anam nefesimsen menim....

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!!


      Bilmirəm bur neçə gündü duyğuluyammı deyə təsir etdi yoksaa....hmmm çok ağladım((!keşkə oxumazdım keşkə....

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:


    • tesekkurler

    • --------------------------------------------


      Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş^_^

      Kraliça hep benim buralarda.!! ♔


    • N.A
    • Xəbərlər: 172
    • Şərhlər: 1757
    • İCQ:


    • Sitat: Burbry
      Bizi dusunen anamiz, bizi ozundende cox seven anamiz , omrunu bize hesr eden anamiz. Cox gozel
      yaziydi hemde kederlendirici

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:

    • Esma
    • 18 sentyabr 2013 01:19
    •  

    • Sitat: Burbry
      Bizi dusunen anamiz, bizi ozundende cox seven anamiz , omrunu bize hesr eden anamiz. Cox gozel yaziydi hemde kederlendirici



    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:

    • Burbry
    • 17 sentyabr 2013 23:27
    •  

    • Bizi dusunen anamiz, bizi ozundende cox seven anamiz , omrunu bize hesr eden anamiz. Cox gozel yaziydi hemde kederlendirici


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:

    • mehin1
    • 17 sentyabr 2013 21:38
    •  

    • Allah analarimizi bize cox gormesein AMIN

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • Allah Analarimiza deymesin basimizin ustunden eskik etmesin


    • Gulnar
    • Xəbərlər: 0
    • Şərhlər: 86
    • İCQ:


    • heqiqeten ellerine salik

    • --------------------------------------------
      img
    • Lara Zara
    • Xəbərlər: 118
    • Şərhlər: 1861
    • İCQ:


    • Ellerine saglik super yazidi belkede heyatimda bu geder maragli yazi oxumamisdim oxudukca anamin mene eledikleri gozumun onunden bir bir kecir( cok kovreldim cok saol((

      Allah valideynlerimizi basimizdan eksik etmesin amin insAllah ?

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • xebere gore twk canimmmm bilirem yoxsan burda ama xeberin bizimledi


    • :))))))))))))))))))
    • Xəbərlər: 23
    • Şərhlər: 120
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Oktyabr 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III