Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

QaraQan - "Gözəlçə"


Mən heç vaxt heç kəsə xor baxan deyiləm. Vallah, düz sözümdü. Düzdür, hərdən hiss edirəm ki, çoxundan üstünəm, amma üzə vurmuram – kimisə pərt etmək nəyə lazım? Məni həmişə çox istiyiblər. Uşaqlıqdan anam mənə gözəlçə, atam mələk deyirdi. Bütün günü güzgüyə baxardım. Gözəl göz-qaşım, bapbalaca burnum, qəşəng saçlarım, gülüşüm, boy-buxunum həmişə məni valeh edirdi. Hiss edirdim ki, hamıdan qəşəngəm. Həm də ağıllı və mehriban idim. Bunu ilk dəfə bağçada – qızlar mənim saçımı yolanda anlamışdım. Onlar mənə sarsaq deyirdilər. İnciyib eləmirdim – bilirdim ki, paxıllıq edirlər. Qızların heç biri mənimlə oynamırdı. Mənimlə yarışmaq ağıllarına da gəlmirdi. Bilirdilər ki, onsuz da mən hamını udacam. Onlar məndən çəkinirdilər, həm də özlərini mənə oxşadır, mənim kimi olmaq istəyirdilər. Düzdür, onda hirslənirdim, ağlayırdım, indi-indi başa düşürəm ki, bütün bunlar elə-belə olmayıb – axı mən hamıdan gözəl, hamıdan ağıllı idim.
Məktəbə gedəndə də öz ədalətimə heyran olmuşdum. Sinifdəki ən eybəcər, ən gicbəsər qızlar mənimlə rəfiqəlik edirdilər. Çünki mən onlara yuxarıdan aşağı baxmırdım. Hamıdan gözəl olsam da heç vaxt qəşəng qızlarla dostluq etmirdim. Həm də mən çox tərbiyəli idim. Bunu da mən məktəbdə hiss etdim. Heç bir oğlan mənim yanımda oturmağa cəsarət etmirdi. Hətta küçədə görəndə də mənə salam vermirdilər. Təbii ki, hörmətimi saxlayırdılar. Məni görən kimi özlərini itirdilər. 8 Mart bayramında bütün qızlara hədiyyə verirdilər, mənə yox. Bilirdilər axı, mən tərbiyəliyəm və heç vaxt evə oğlan hədiyyəsi aparmaram. Son zəngdən sonra da heç bir oğlan mənə zəng eləmədi. Hərdən onlara ürəyim yanır. Bəlkə bu dəqiqə dəli kimi darıxırlar mənim üçün, amma zəng etməyə cəsarətləri çatmır, nə bilim.
Keçən il gözəllik müsabiqəsinə getdim. Amma məni seçmədilər. İlk günlər fikirləşdim ki, yəqin rüşvət istəyirlər. Atam mənə deyəndə ki, "qızım, gözəllik müsabiqəsi hara, sən hara?”, o dəqiqə hər şeyi başa düşdüm. Mənim canım atam özü münsiflər heyyətini "görübmüş” ki, məni müsabiqəyə qoymasınlar. Atadı da, yəqin qısqanır.Nə isə...
Məktəbi bitirib Tibb Universitetinə girdim.Və onunla ilk dəfə orada tanış oldum. O, hündürboy, gülərüz, cəsarətli oğlan idi. Onu bütün qızlar sevirdi. Mən də vurulmuşdum. Amma heç bir tədbir görmürdüm. Vaxt keçdikcə anlayırdım ki, o da məni sevir. Çünki qrupda hamı ilə söhbət edirdi, mənə tərəf isə heç baxmırdı. Yazıq çox utancaq idi. Amma bir-iki aydan sonra çox şey dəyişdi. O cəsarətlənib mənə yaxınlaşdı. İlk söhbətimiz sözbəsöz yadımdadı:
"Ay qız, mənim yerimə bu məsələni həll edə bilərsən?..”
Görün bu cümlədə nə qədər sevgi var. ”Ay qız”, "ay qız”, o mənim adımı belə dilinə gətirə bilmirdi.Mən gülümsəyərək dəftəri götürdüm. O yazıq isə o saat çıxdı aradan. Bir saniyə də qalsaydı, dözməyib diz çökəcək, sevgisini etiraf edəcəkdi. Mən kimya məsələsini həll edib dəftəri ona qaytardım. Həmin gündən o mənimlə əlaqə saxlasın deyə tez-tez dəftərini mənə verərdi. Mən də bütün misalları həll edərdim, sonra da vərəqin qırağına ürək şəkli çəkərdim. Bir gün isə o, bütün gücünü toplayıb dedi:
"O ürəkləri daha çəkmə...” Sevincimdən uçurdum. O mənim sevgimi qəbul etmişdi, ürəyimi demək sevgimi də qəbul etmişdi. O gündən biz bir cütlük olduq – hamıdan fərqli bir cütlük. O məni qısqandırmaq üçün gündə bir qızla gəzirdi. Dəlidi də... Hələ də inana bilmirdi ki, doğrudan onun sevgisinə razılıq vermişəm. Hətta iş o yerə çatmışdı ki, eybəcərin biri ilə yalandan nişanlanmışdı da. Bu oğlanların sevgisini başa düşə bilmirəm də... Necə ağılsız olurlar. Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib. Atam məni həkimə apardı. Məni xeyli sorğu-sual etdilər. Düzdü, Tibb Universitetini bitirməyə hələ 3 il qalmışdı. Amma həkim atamın dediyi kimi məni işə qəbul etdi. İndi işləyirəm, öz otağım var, ciddi tətqiqatla məşğulam. Dəlilərin arasında onların vəziyyətini öyrənirəm. Xəstələr bilməsinlər deyə məni də onlar kimi geyindiriblər, onlara verilən dərmanlardan mənə də verirlər. Düzdü, bir az bezdirici olsa da xasiyyətim dəyişməyib. Mən heç vaxt heç kimə xor baxan deyiləm. Axı bu insanlara kömək etmək lazımdır. Ona görə də onları atıb getmərəm. Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də...


Oxşar mövzular:
  • Sən onun hissləri ilə oynayırsan?
  • Sizlə Söhbətim...
  • Doğulmamış qızın gündəliyi: "Ana, məni öldürmə!”
  • Bir sevgi hekayəsi [hekayə]
  • Çox qəmli sevgi hekayəsi


  • Gerİ dön


    20 şərh


    • Super həqiqətən də...) təşəkkürlər


    • Əhəd Əhədli
    • Xəbərlər: 161
    • Şərhlər: 929
    • İCQ:


    • Sitat: Qaraqanka_Nemiwka
      Qaraqanim ureyim her seyim super yazib super hekayedir 11
      beli eledi 50


    • Melekler Aglar
    • Xəbərlər: 4
    • Şərhlər: 49
    • İCQ:


    • ne qesennnnngg 11 11

    • --------------------------------------------
      Unudulmayan xatirələr ya gözəldir,ya da acı.
    • Hemide
    • Xəbərlər: 39
    • Şərhlər: 656
    • İCQ:


    • Qaraqanim ureyim her seyim super yazib super hekayedir 11


    • nermin
    • Xəbərlər: 0
    • Şərhlər: 5
    • İCQ:


    • Hmm teshekkurler xebere gore eslinde ne deyim.bilmirem yene sherh yazacam....

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:

    • ngng
    • 4 yanvar 2014 22:35
    •  

    • eeeeellllllaaaaa 11


    • glr
    • Xəbərlər: 0
    • Şərhlər: 185
    • İCQ:


    • Maraqlı hekayə idi.Təbii ki insan sevincə sevdiyininə öz gözü ilə baxır.Onun adi bir hərəkətini böyük bir şey sanır.
      Yazarı isə əla. 11 QaraQan 11

    • --------------------------------------------
      Təbriklər...Əl birliyi ilə qızı saytdan qovduz...Sizə daha sözüm yoxdu...Əgər o qayıtmasa mən də ban elətdirəcəm özümü...

    • Deli_qiz
    • Xəbərlər: 111
    • Şərhlər: 1305
    • İCQ:


    • Qaraqani çox sevirəm əsl adi Elxan Zeynallidir əla romanlari super repləri var Azərbaycanin ən super reperidir
      hekaye üçün sağ olun


    • aydan
    • Xəbərlər: 0
    • Şərhlər: 17
    • İCQ:


    • Sitat: unut_getsin
      cox savadli oglandi

      coxx cox hemdee 17

    • --------------------------------------------
      BASIN SAG OLSUN VETEN!
    • Sebine Isayeva
    • Xəbərlər: 8
    • Şərhlər: 802
    • İCQ:


    • cox savadli oglandi

    • --------------------------------------------


      Rest çekmişim hayata kimseye Eyvallahim yok...!!!
    • unut_getsin
    • Xəbərlər: 10
    • Şərhlər: 917
    • İCQ:


    • Aaa abu qiz deli imiş kiii

    • --------------------------------------------
      Sen Menim bahalı ureyime ucuz gelmisen yoxsa indi özun kimi ucuz ureklere getmezdin
    • Xəbərlər: 8
    • Şərhlər: 454
    • İCQ:

    • Jaliko
    • 28 dekabr 2013 20:51
    •  

    • Hemiweki kimi qaraqan supeerrr yazibbb


    • Libra
    • Xəbərlər: 0
    • Şərhlər: 15
    • İCQ:


    • 11 QARAQAN 11 hekaye ela idi eslinde men de bir az heleyem ne ise 42

      Sitat: raki
      <p>qaraqanii tanimiram</p>
      <p> </p>

      heqiqeten tanimirsiniz?mence haqqinda oxuyun cox maraqli insandi

    • --------------------------------------------
      BASIN SAG OLSUN VETEN!
    • Sebine Isayeva
    • Xəbərlər: 8
    • Şərhlər: 802
    • İCQ:


    • İnanmiram ki bunu Qaraqan yazsin....

      hmm əslində qızın ara fonda olan bədbəxtliyi göstərilir....gözəl olsada....taleyi gətirmir....düşündükləri isə təsəllidən başqa bir şey deyil

    • --------------------------------------------

      ASDFHJKLI

    • Xəbərlər: 68
    • Şərhlər: 446
    • İCQ:


    • Vau QARAQAN hemishe oldugu kimi bu defedede cox maraqli duzgun ela fikirleri olur


    • kama kamalova
    • Xəbərlər: 43
    • Şərhlər: 1128
    • İCQ:


    • Qaraqan ureydii cox xowluyuramm duwuncelerini

    • --------------------------------------------
      _GALATASARAY_CIMBOM_
      Seninle kecen gunlerim:))
    • Xəbərlər: 0
    • Şərhlər: 1281
    • İCQ:

    • raki
    • 27 dekabr 2013 22:58
    •  

    • qaraqanii tanimiram

       


    • --------------------------------------------



    • raki
    • Xəbərlər: 59
    • Şərhlər: 778
    • İCQ:


    • Qaraqan superdi de cox yaxsi insandi cox beyenirem tewekkurler


    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:

    • ELEN))
    • 27 dekabr 2013 18:00
    •  

    • cox beyenirem qaraqani tesekkurler maraqli idi.


    • --------------------------------------------
      Sənin hərisliyin mənim biraz tərsliyim var..Sənnən öyrəndiyim yalanlardan dərsliyim var.Boğulanda gözyaşlarinda bilki gəlirəm qarşına.Mən unutmadım olanları, nifrətimə görə bağışla...

    • ELEN
    • Xəbərlər: 114
    • Şərhlər: 1361
    • İCQ:

    • MINNOW
    • 27 dekabr 2013 17:36
    •  

    • hmmmmmmm nə gözəl maraqlı idi  çox təşəkkürlər


    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III