Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

ayrılıq(hekayə)

ayrılıq(hekayə)

 


 


Telefonda
Oğlan: Canım biz danışmalıyıq.
Qız: Rico nə olub ki?
Oğlan: Bir dəyişiklik olacaq...
Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?
Oğlan: Səni incitmək istəmirəm canım...
Qız fikirləşir: Ay Allah, nə olar elə et ki, məndən ayrılmasın...Mən onu çox sevirəm axı.
Oğlan: Canım ordasan?
Qız: Hə...hə burdayam. Demək istədiyin nədi?
Oğlan: Bilmirəm deyim yoxsa yox.
Qız: Söhbəti sən açmısan, sən də sona kimi danış! Xahiş edirəm nə olub axı?
Oğlan: Mən gedirəm...
Qız: Sən nə danışırsan? Mən sənin getməyini istəmirəm, səni sevirəm!!!
Oğlan: Yox o mənada yox...Başqa uzaq yerə gedirəm.
Qız: Axı niyə? Valideynlərin də, qohumların da burda qalır.
Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda internata göndərir.
Qız: Buna inana bilmirəm mən.
Oğlan: Canım mənimlə qaçarsan?
Qız: Canım bilirsən ki, sənin üçün hər şey edərəm, ancaq mən qaça bilmərəm. Atam məni öldürər!
Oğlan Kədərli: Eybi Yoxdu canım...Mən başa düşürəm. Qulaq as mən sənə bir şey verməliyəm, çünki artıq sabah tezdən aeroportda olmalıyam.
Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə parkda görüşərik.
Oğlan: Oldu. 20 dəq. ordayam.
Bunlar parkda görüşürlər, qucaqlaşırlar və oğlan qıza bir məktub verir
Oğlan: Ala bu sənin üçündü. Mən getməliyəm.
Qız: Artıq göz yaşlarını gizlədə bilmir və ağlayır.
Oğlan: Canım xahiş edirəm ağlama, sən bilirsən axı səni çox sevirəm ancaq mən artıq getməliyəm.
Qız: Yaxşı.
İkisi də evə qayıdırlar və qız oğlanın verdiyi məktubu oxumağa başlayır.
Məktubda:
Bu məktubla sənə sübut etmək istəyirəm ki mən səni HEÇ VAXT SEVMƏMİŞƏM, əksinə sənə o qədər nifrət edirəm ki. Heç vaxt mənə əziz olmamısan, heç vaxt səninlə birlikdə olmaq istəməmişəm və heç vaxt səninlə danışmaq da istəməmişəm. Səni bir daha görmək istəmirəm.
Sənin sevgin üçündə heç darıxan deyiləm. Sənə nifrət edirəm. Sağ ol!!!
Məktubu oxuyandan sonra qız ağlamağa başlayır və məktubu yerə atıb evə qayıdır. Bir gün keçir və qız yenə də özünü tək və gücsüz hiss edir. Bir az keçmiş telefon zəng çalır və qız cavab verir.
Qız: Alo?
Qızın yaxın dostu: Özünü necə hiss edirsən?
Qız: Hələdə inana bilmirəm ki, o məni heç vaxt sevməyib.
Dostu: Hə yaxşı yadıma düşdü Rico mənə zəng etmişdi və deyirdi ki, sənin cibinə başqa bir məktub qoyubdu. Onu oxusun dedi.
Qız cibinə baxır və doğurdanda bir məktub olduğunu görür.
Məktubda:
Həyatım, yəqin ki, bayaq ki, məktubda yazdığım sözləri ciddi qəbul etmədin. Fikirləşdim ki, birdən məktub atanın əlinə keçər ona görə özüm qəsdən elə yazdım. Sən unutma ki MƏN SƏNİ HƏMİŞƏ SEVƏCƏM!!!
Qız: Ay Allah, Rico məni doğurdanda sevir. Yəqin bu məktubu onunla görüşəndə cibimə qoyub.
Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi getməliyəm. Özünə yaxşı bax. Hələlik
Qız: Oldu. Səndə. Hələlik
Qız dəstəyi üstünə qoyub televizoru yandırır və xəbərlərdə dəhşətli bir hadisə baş verdiyini görür.
Xəbərlər: Bir saat bundan əvvəl bir təyyarə qəzası baş verib. 47 nəfərdən çox adam həlak olub və hələdə sağ qalanları axtarırlar. Bu faciəni biz heç vaxt unutmayacağıq. Qəzaya düşən bu təyyarədə internata yola düşən tələbələr var idi. Allah rəhmət eləsin o cavanlara.
Qız televizoru söndürür və bu dəhşətli xəbərdən sonra fikirləşir ki, sevgilisiz həyatın mənası olmayacaq və 3 gün sonra özünü öldürür.
Bir gün sonra qıza zəng gəlir, lakin heç kim dəstəyi götürmür. Zəng edən qızın sevgilisi, Rico idi.
Rico mesajda yazır: Salam canım, yəqin evdə deyilsən. Sadəcə sənə demək istəyirəm ki, mən sağam və uçuşumu təxirə saldırdım ki, səni bir dəfə dəgörüm. Sənə yaxşı xəbərim var mən artıq bir daha heç bir yerə sənsiz gedən deyiləm. Sağ ol həyatım. Evə gələndə mənə zəng edərsən. Səni çox ama lap çox sevən Rico!!!



Oxşar mövzular:
  • Acİ SeVGi :(
  • Faciəli bir ayrılıq
  • Sevgi hekayəsi
  • Sevgi Hekayəsi
  • Faciəli Ayriliq...


  • Gerİ dön


    10 şərh

    • :)))
    • 30 dekabr 2014 22:20
    •  

    • Sitat: google
      cox pis oldum 64

    • --------------------------------------------
      #selfie
    • adim lazim deyil size
    • Xəbərlər: 72
    • Şərhlər: 898
    • İCQ:


    • oxumuwdum bunu kederlendirici hekayedir ellerine sagliq


    • Senyoritta
    • Xəbərlər: 28
    • Şərhlər: 1149
    • İCQ:

    • google
    • 27 oktyabr 2014 14:07
    •  

    • cox pis oldum 64

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:


    • Bunu oxumusdum cox pis oldum 64 Xebere gore tewekkurler

    • --------------------------------------------
      Ətafım geniş olsada üreyim bir nəfərliydi...
    • Ehli Beyt Asiqi
    • Xəbərlər: 20
    • Şərhlər: 1623
    • İCQ:


    • heqiqetende dehwetdi.heyat sehne omurdu bas rolda,zaman saat tek takilib qolda.


    • NaTiQ
    • Xəbərlər: 0
    • Şərhlər: 4
    • İCQ: 553189449


    • oxudum cox qemli idi..cox saq ol baci

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Oxumuwdum......heyatdidaaa bizimle istediyi havani oynuyur....ehhh ALLAH SEVENLERI AYIRMASIN


    • SiNuS
    • Xəbərlər: 2
    • Şərhlər: 419
    • İCQ:


    • Vay vay bir oğlana görə özünü öldürür ALLAH bunu qəbul eləməz axı. 38

    • --------------------------------------------
      👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽
    • Nara:)
    • Xəbərlər: 46
    • Şərhlər: 365
    • İCQ:


    • Yenede ayriliq


    • Xəbərlər: 23
    • Şərhlər: 1156
    • İCQ:


    • ayrilq eh ayriliq

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III