Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bank qarəti

 

 

Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların
eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə,
sizin həyatınız isə sizə məxsusdur". Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu, "Düşüncə
dəyişmə konsepti" adlanır.
 
Normal düşünmə tərzini
dəyişməkdir. Qadın yerə şübhəli tərzdə uzananda soyğunçu dedi: "Zəhmət
olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar
olmaq" adlanır. Nə etməli olduğuna fokuslanmaq.
Qarətçilər bankdan evə qayıdandan sonra cavan soyğunçu
(MBA təhsilli) daha yaşlı (6 illik orta təhsilli) həmkarına dedi:
"Böyük qardaş, gəl, pulları sayaq" Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən
axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq
uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər
pul oğurlandığını deyəcəklər"
Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız
üzərində yazılmış ixtisasdan daha vacibdir.
 
Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə
dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi:
"Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək,
bu məbləği də əvvəl oğuladığımız 70 milyona əlavə edək".
Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan
situasiyanı öz lehinə çevirmək.
Supervayzer davam etdi: "Banka hər ay soyğunçular
gəlsəydilər, yaxşı olardı".
Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin
işindən daha vacibdir.
Ertəsi gün TV xəbərlər elan etdilər ki, bankdan 100 mln.
dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln.
dollardan çox pul görmədilər və bu situasiya onları
qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln.
oğurlaya bildik. Bank bank meneceri heç bir risk olmadan 80
mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır".

Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir. Bank meneceri xoşbəxt idi və gülümsəyirdi. Çünki onun
bazardakı itkilərinin üstü bu oğurluğun köməyilə örtülmüş
oldu.
Bu "İmkanlardan istifadə etmək" adlanır. ©


Oxşar mövzular:
  • Mərkəzi Bank dollar sifarişini yüz faiz ödədi
  • Azərbaycanda daha iki bank bağlanıb
  • Mərkəzi Bankdan banklara vacib xəbərdarlıq: həddi aşmayın
  • "R" hərfini deyə bilmədi, həbs edildi
  • İspan futbolçular qarət olundu


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    K_I_L_L_E_R
           Нет
    Şərhləri: 5
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 4
     
    boreç
           Нет
    Şərhləri: 3
     
    qjtuqeadoto
           82087816
    Şərhləri: 1
     
    HivyHoava
           4059627
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    ujonvyadoto
           4750216
    Şərhləri: 1
     
    fsafswadoto
           74482843
    Şərhləri: 1
     
    dwvxyxadoto
           87821215
    Şərhləri: 1
     
    qxkrdiadoto
           83535752
    Şərhləri: 1
     
    «     Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Style I Style II Style III