Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ceyhun Məmmədov-Əyləş və dincəl

Ceyhun Məmmədov-Əyləş və dincəl

Axtarmaq yorur insanı. Tez yaşamaq heç nəyə dəymir. Sürətli yaşam sürən insanların, ölərkən peşman olacaqlarına şüphəm yoxdur. Axı nə qədər olar bu həyatda axtarmaq. Xoşbəxtliyi, kədəri axtarmaq və sonra onu taparkən, ovuclarından bir anda sürüşüb düşməsini izləmək. Həmin zaman güzgüyə baxıb, sadəcə özünə gülmək lazımdır. İnanma, kimlər xoşbəxtlikdən və ya kədərdən danışırsa inanma. Dinlə, hörmətsizlik olmasın deyə. Amma qətiyyən inanma. Çünki daimi bir xoşbəxtlik yoxdur. Kədər də elədir. Onlar öz yerlərini dəyişərək gəlib-gedirlər. Hətta intihar belə etmiş olurlar. Ancaq ikisi də ölə bilmirlər. Elə ona görə də xoşbəxtlik və kədər gəlib-gedərək bizlərə əzab verirlər. Öz aralarında yerlərini dəyişərək bizə hər zaman əzab verəcəklər. Ona görə də axtarma. Bu həyatda daimi heç nə yoxdur.
Düzdür, yorulduğumu hiss edirəm. Razıyam səninlə. Bunlar çox insanlarda olur. Amma bu da keçir, hər şey keçib getdiyi kimi. Və yaxud da insanların arxaya dönüb getməsi kimi. Qəribədir, bir qadın sevərsən çıxıb gedər. Bir heyvanı oxşayaraq onu əzizləyərsən, o da gedər. Akvariumda bir balığa baxarsan, səhəri gün isə ölərək səni tərk etmiş olduğunu görərsən. Sevdiyin bir bitki baxçanda olar, günün birində də o da solub gedər. Bu şəhərdə hamı gedir. Getməyən, sadəcə xatirələrdir. Getməyən, ancaq düşüncələrdir. Hansı yerə cəhənnəm olursan ol, xatirələrini, düşüncələrini hiss edərək daşıyacaqsan. Dəyişən heç nə yoxdur. Hər kəs gedəcək və sənə qalan sadəcə foto şəkillər olacaq. Amma onlara nə sarılmaq olur, nə də ki, öpərək hiss etmək. Onlara sadəcə baxıb, ağlamaq olur. Ya da dodaqlarına gic bir gülümsəmə qondurmaq. Bundan başqa heç bir işə yaramırlar. Bəs sən nə işə yarayırsan? Axtarmaqdan savayı. Ay da bir dəfə bu sualı özünə ver. İnsan öz-özünə sual verməyi bacarmalıdır. Daha durub xoşbəxtliyi axtarmaqla olmur. Qarnım toxdur. Xoşbəxtliyi istəməyəcək qədər uzağam. İnsan qadınını bir ömür boyunca sevmək istər. Deyəsən elə birisini tapmaq lazımdır ki, getməyi bacarmasın. Amma mümkün deyil. Hara dönürsən-dön sonda yalnız qalacaqsan. Elə mən də, elə sən də, elə biz də. Ölüm bədənimizə yapışıb. Sevdiyin şəxs yanındadırsa, bir qələm götür bir-iki cümlə yaz. İçində onun gözlərindən, saçlarından danışacaq cümlələr olsun. Güzgü ona gözəlliyini göstərməmiş, sən ona gözəlliyini ifadə et. Sən onun güzgüsü ol. O, getməmiş bunları et. Çünki, ölüm hər yerdədir. Nə isə... Daha bəsdir, əyləş və dincəl. Qaçmaq yorur insanı. Bu belə davam edə bilməz. Axı çətin deyil bir soyuq daşın üzərində əyləşib, dincəlmək. Burax biraz da xoşbəxtlik səni axtarsın. O, da küçələr də gəzib-dolaşır. Harda kədərli adam var ona yapışır. Qısa müddətlik, sadəcə qısa müddətlik.


Oxşar mövzular:
  • "Amma" qədər qatil bir kəlmə yoxdur.Özündən əvvəl gələn hər cümləni öldür ...
  • Franz Kafka'ya özəl.
  • Xoşbəxt bir yalnızlıq
  • SeVGi :)
  • Statuslar.3


  • Gerİ dön


    1 şərh


    • məqalədən bəlli olur ki, sən də hələ bir axtarış içindəsən..amma sən digərlərindən fərqli olaraq nəyi axtarman gərəkdiyini bilirsən... fəqət axtarman gərəkdiyini harda tapacaqsan onu nəsə dəqiq bilmirsən, əziz həmkarım) nəsə...yazına yenə də hər zamanki kimi söz tapa bilmirəm...gözəl və sıxıntıların toplaşdığı bir yazıdı...uğurların davamlı olsun)

      məqalədən bəlli olur ki, sən də hələ bir axtarış içindəsən..amma sən digərlərindən fərqli olaraq nəyi axtarman gərəkdiyini bilirsən... fəqət axtarman gərəkdiyini harda tapacaqsan onu nəsə dəqiq bilmirsən, əziz həmkarım) nəsə...yazına yenə də hər zamanki kimi söz tapa bilmirəm...gözəl və sıxıntıların toplaşdığı bir yazıdı...uğurların davamlı olsun)

      məqalədən bəlli olur ki, sən də hələ bir axtarış içindəsən..amma sən digərlərindən fərqli olaraq nəyi axtarman gərəkdiyini bilirsən... fəqət axtarman gərəkdiyini harda tapacaqsan onu nəsə dəqiq bilmirsən, əziz həmkarım) nəsə...yazına yenə də hər zamanki kimi söz tapa bilmirəm...gözəl və sıxıntıların toplaşdığı bir yazıdı...uğurların davamlı olsun)


    • Əhəd Əhədli
    • Xəbərlər: 159
    • Şərhlər: 928
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Breatheee...

    Breatheee...

    21-08-2017, 07:09

    5 Sade Sual Ve Cavablari

    5 Sade Sual Ve Cavablari

    21-08-2017, 07:08

    Aziz Kiraz - Efso Sozler

    Aziz Kiraz - Efso Sozler

    21-08-2017, 07:21

    Style I Style II Style III