Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Onlar Bilmirlər ki...

Onlar Bilmirlər ki...

 

Bədii əsər oxumayanlara yazığım gəlir.Onlar təkcə bu dünya ilə kifayətlənməli olurlar.Onlar bilmirlər ki, "Böyük Qardaş" yalnız yaşca böyük qardaşlara deyilmir.Onlar bilmirlər ki, ümidsizliyin adı var,o da Qodotdur. Qürurun adı Elizabet,ədalətin adı Attikus olan kimi..Onlar bilmirlər ki,ümidin də çəkisi var-35 kiloqram. Onlar bilmirlər ki,ovuclardakı döymələrlə də danışmaq olar. Onlar bilmirlər ki, Əhmədlidə yaşaya-yaşaya Parisin küçələrində yağışın altında çətirsiz gəzmək olur. Onlar bilmirlər ki,dənizin kənarıyla qaçan alabaşa sümük atsan,quyruğunu bulamayacaq,çünki o fərqli itdi,fərqi it olmamağındadır. Onlar bilmirlər ki,balıqqulağı söz haqqıdır. Onlar bilmirlər ki, nəfəs yelləncəyi karusel deyil. Onlar bilmirlər ki,dünya oyandıqları hər gün böcəyə çevrilən Zamzalarla doludur. Onlar bilmirlər ki,əsrimizin qəhrəmanı Peçorin ilə əsrimizin Səyavuşu müxtəlif əsrlərdə yaşayıb. Onlar bilmirlər ki,Rio-Pyedrasahilində oturub ağlayanlar, 11 dəqiqə sonra ölmək qərarına gəlir. Onlar bilmirlər ki, "Arzu" adlı tramvayın nömrəsi 922-dir və o sizi heç arzulamadığınız bir yerə aparır.

Onların öz Anna Kareninaları,öz knyaz Mışkinləri,öz Jal Valjanları yoxdur. Onlar Co Raytın Annası,Bortkonun İdiotu,Tom Huperin Valjanı ilə razılaşmalı olurlar. Onlar sözlərin gücünü başa düşmürlər,onların yaratdığı möcüzəyə baxmaq istəmirlər. Sözlərin çəkdiyi rəsmləri görmür,sözlərin bəstələdiyi nəğmələri eşitmir,sözlərin oyatdığı hisslərin ağzını kilitləmək istəyirlər...

 

P.S ŞƏKİL ÖZÜMƏ MƏXSUSDU HEÇ KİM GÖTÜRMƏSİN!

 


 



Oxşar mövzular:
  • Ərə gedən məktəb yaşlı qızları gözləyən bəla
  • Əkiz güləşçilər Bakıda bir otaqda yaşaya bilmirlər
  • KİMSƏYƏ SÖYLƏMƏ, GECƏ
  • Yaşayan ölülər
  • Qəbirsanlığım..


  • Gerİ dön


    6 şərh

    • boreç
    • 6 sentyabr 2018 19:16
    •  

    • Super xəbər alınıb...ehh çox darıxdım takenin əvvəlki vaxtı üçün)(

    • --------------------------------------------
      23.10.2013
    • .....
    • Xəbərlər: 28
    • Şərhlər: 102
    • İCQ:


    • Səninlə tarix yazmaq istəyirəm. Bir neçə önəmli günü qeyd etmək, gələcəyimə istiqamət vermək, kiçik mübahisələr yaşamaq sonra barışmaq. Aramızdaki fərqi hiss etməyəcək qədər fərglisən. Heç bir savab xoşbəxt etməz məni, səninlə girdiyim günahlar qədər. Biz - fikirlərimizin nəticəsiyik. Bilməlisən, sarılmalısan...

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1489
    • İCQ:


    • Qurduğum ən dəyərli xəyallarımın,ən gözəl obrazı olmuşdun sən. Ən acı sözlərini başqasının ən xoş sözlərindən daha üstün tutacaq qədər darıxmışdım. "Çox sevənlər itirməz,itirilər..."-demişdi Şair. Məni itirməyinə üzüləcək qədər aşiq idim sənə halbuki. Mən səni çox hərifli sevdim...

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1489
    • İCQ:


    • Sitat: Menasiz Dunyam
      Sekildeki ozunsen

      Bəli Mənəm:)

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1489
    • İCQ:


    • Qeseng ve hemise oldugu kimi seliqeli xeber. Sekildeki ozunsen

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:


    • Sullanaatsa
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III