reklam
Hikmət damlası Hikmət damlası http://take.az/uploads/posts/2015-12/thumbs/1449588074_1382436923-867.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 8-12-2015, 18:21

Hikmət damlası

Hikmət damlası

Həqiqi yoxsulluq
Bir gün varlı bir ata oğlunu kəndə apardı. Məqsədi insanların nə qədər yoxsul yaşadıqlarınıoğluna göstərmək idi. Kənddə cəmi bir gün qalodılar. Çox yoxsul bir ailənin qonağı oldular. Qayıdanda ata oğlundan soruşdu:
- Yəqin ki, insanların nə qədər yoxsul olduqlarını gördün?
- Gördüm, ata!..
- Elə isə nə öyrəndin?..
Oğlu cavab verdi:
- Öyrəndim ki, bizim evdə bir itimiz var, onlarınsa dörd. Bizim həyətin ortasına qədər uzanan bir hovuzumuz var, onların isə ucu-bucağı görünməyən çayları. Bizim həyətimizdə adi lampalar var, onlarınsa par-par parıldıyan ulduzları var. Biz qalamızdan uzaqğı görə bilmirik. Onlar isə göz işlətdikcə uzanan üfüqü görürlər...
Oğlu sözü bitirəndə ata deməyə söz tapmadı. Sonra oğlu əlavə etdi:
- Çox sağ ol, ata! Nə qədər yoxsul olduğumuzu göstərdiyin üçün!..

Qorxu
Bir karvan səhra ilə Bağdada gedirdi. Bu vaxt yolda eyni şəhərə gedən Vəba xəstəliyi ilə qarşılaşdı. Karvanın başcısı Vəbadan:
- Niyə Bağdada getmək istiyirsən? - deyə soruşdu.
- Beş min adamın canını almaq üçün, - deyə Vəba cavab verdi.
Aradan bir neçə ay keçdi. Karvan yenə də eyni yolla Bağdaddan qayıdırdı. Bu vaxt yenə yolda Vəba xəstəliyi ilə qarşılaşdı. Karvanın başcısı Vəbaya:
- Sən məni aldatdın. Beş min adamın əvəzinə əlli min adamın canını aldın,-dedi.
Vəbanın cavabı isə çox mənalı idi:
- Yox, mən mən doğrudan da beş min adamın canını aldım. Qalanları isə qorxudan öldü...

Məğlubiyyətdən qələbəyə
Bill Tumi 1964-cü ildə 25 yaşında olimpiya onnövçülüyü üçün seçmə yarışlarda iştirak edir. Ancaq son mərhələdə ilk üç rəqibimdən geri qaldığı üçün olimpiyadalarda iştirak etmək hüququnu itirir. Ertəsi gün onu sahənin ətrafında qaçarkən görənlər: "Cənab Tumi! Necə olsa, olimpiadalarda iştirak etmək hüququnu itirdiniz. Elə isə niyə hələ də məşq edirsiniz?" - deyirlər. Tumi isə məhşur cavabı verir: "1968-ci il olimpiadalarına hazırlaşıram"... Və Bill Tumi 1968-ci il olimpiadalarının şəriksiz qalibi oldu...

Hikmət damlası

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 346 382 345 394 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.